“Qarabağ” klubunun müdafiəçisi Qara Qarayevin Qol.Az saytına müsahibəsi
- Bu gün Premyer Liqanın XI turu çərçivəsində sizi “Qəbələ” komandasıyla çətin bir qarşılaşma gözləyir. Matç haqda fikirlərini öyrənək...
- Artıq neçə turdu ki, yersiz xallar itiririk. Bu uğursuz sindiroma son qoymaq istəyirik. Ona görə də, bu gün mütləq qələbə qazanmağa çalışacağıq. Bütün kollektiv bu qarşılaşmaya çox ciddi hazırlaşıb. “Qəbələ”ni məğlub etməklə komandada əvvəlki yüksək əhval-ruhiyyəni geri qaytarmaq istəyirik.
- Rəqibin hücum xətti çox sürətli və yüksək səviyyəli futbolçulardan təşkil olunub. Bu səni bir müdafiəçi kimi narahat etmir ki?
- "Qəbələ"yə qarşı təkcə mən və ya müdafiə xətti mübarizə aparmayacaq. Biz rəqibə qarşı hər zamankı kimi komanda oyunu göstərəcəyik. Məncə, baş məşqçinin müəyyənləşdirdiyi taktikanı və xüsusi tapşırıqları yerinə yetirə bilsək, müdafiədə böyük problemlər olmaz. O ki, qaldı rəqibin səviyyəli hücumçularına, biz heç kimdən və heç bir klubdan çəkinmirik. Bu amil bizə əlavə stimul verəcək. Meydanda gücümüzü maksimum ortaya qoyacağıq.
- Hazırda "Qarabağ"ın müdafiəsində müəyyən problemlər var. Səncə, əsas müdafiəçilər Rəşad Sadıqov, Maksim Medvedev və Ansi Aqollinin olmaması arxa xəttdə nə kimi problem yarada bilər?
- Bəli, onların yoxluğu komanda üçün böyük itkidir. İstər-istəməz bir-birimizi daha yaxşı başa düşürdük. Lakin deyərdim ki, onların yerinə meydana çıxacaq uşaqlar da həmin futbolçulardan geri qalmamalıdırlar. Çünki bu onlar üçün əsas heyətdə yer qazanmaq baxımından əla şansdır. Ona görə də özlərini meydanda maksimum göstərməyə çalışacaqlar. Mən müdafiədə elə də ciddi problem olacağını düşünmürəm. İnşallah,
öhdəsindən gələrik.
- Nəzərə alaq ki, həmin gənc futbolçuların oyun praktikası azdır. Belədə müdafiədə daha çox sənin üzərinə yük düşəcək...
- Əlbəttə ki, mən daha çox çalışmalıyam. Digər komanda yoldaşlarımı da düzgün istiqamətləndirməliyəm. İstər-istəməz gənclərin əvəzinə də bir az artıq qaçmalı olacağam. Yəni, ən azından tempi saxlamaq lazım gələcək. Ancaq düşünürəm ki, müdafiədə yer alacaq uşaqlarla həmrəy olaraq işimizin öhdəsindən gələcəyik.
- "Qəbələ" ilə oyunda qalib gələcəyinizə nə dərəcədə inanırsan?
- Artıq bizim xal itirmək vaxtımız deyil. Ancaq qələbə qazanmaq lazımdır. Baxmayaraq ki, turnir cədvəlində hazırda mövqeyimiz yaxşıdır. Lakin bir məğlubiyyət bizi aşağı pillələrə də sala bilər. Allah eləməsin, Avrokuboklardan da kənar qala bilərik. Ona görə də, bu gün bizə yalnız maksimum nəticə qazanmaq lazımdır.
Əli HƏYATİ
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda