“Sumqayıt” klubunun kapitanı Samir Abbasovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın XI turunda bu gün “Xəzər Lənkəran”ı qəbul edəcəksiniz. Komandanız oyuna hazırdır?
- İlk növbədə deyim ki, tam heyətlə məşq etmirik. Belə bir rəqiblə oyunda bu amil bizim üçün çətinlik yarada bilər. Digər tərəfdən meydançanın vəziyyəti ürəkaçan deyil. Ona görə də sürətli və baxımlı futbol olacağına inanmıram. Məncə, kim əzmkar oynasa, o da uğur qazanacaq. Çalışacağıq ki, bu, biz olaq.
- Lənkəran təmsilçisi son oyunlarda uduzmur. X turun matçında “Qarabağ” üzərində qələbə qazanıb. Bu sizi narahat etmir?
- Bilirəm ki, son zamanlar Lənkəran klubu inamlı çıxış edir. Lakin oyundan-oyuna fərq var. Mən “Xəzər Lənkəran”lı futbolçuların mətbuata verdikləri müsahibələri oxumuşam. Onlar da bizə bir rəqib kimi çox ciddi yanaşırlar. Hətta “Neftçi” və “Bakı” üzərində qazandığımız qələbələri də xüsusi qeyd edirlər. Bu, bizim üçün həm yaxşı, həm də pis ola bilər. Çünki “Xəzər Lənkəran” bizə nə qədər yuxarıdan aşağı baxsa, bir o qədər yaxşı olar. Gözlənilməz nəticəylə üzləşə bilərlər. Onların “Qarabağ”la oyununu görmüşəm. Çox yaxşı təsir bağışladılar. İndi görək bu gün bizim başımıza nə gəlir.
- Bir müdafiəçi kimi son turda “Qarabağ”a iki qol vuran “Xəzər Lənkəran”ın yunanıstanlı hücumçusu Dmitrios Sialmas haqda fikrin necədir?
- Onu güclü hücumçu hesab edirəm. Son oyunda vurduğu qollarla bunu sübut etdi. Bu futbolçu təkcə mənim üçün deyil, bütün müdafiəçilər üçün çətin hücumçudur. Yəqin ki, bizimlə oyunda özünü daha çox göstərmək istəyəcək. Ancaq mən öz işimin öhdəsindən gəlməyə çalışacağam.
- Necə düşünürsən, “Sumqayıt” “Bakı” və “Neftçi” üzərindəki qələbəni “Xəzər Lənkəran”la oyunda da davam etdirə bilər?
- Əlbəttə. Çünki “Xəzər Lənkəran” “Sumqayıt”dan üçbaş güclü deyil ki, bizi məğlub edəcəyini söyləyək. Biz “Xəzər Lənkəran”a müqavimət göstərməyə qadir komandayıq. Ən əsas üstünlüyümüz isə doğma meydanda azarkeşlərimiz qarşısında oynamağımızdır. Bu gün kim istəkli olsa, o da qalib gələcək.
- Bəs, heç-heçə sizi qane edəcək?
- Əslində heç-heçə yox, üç xal haqda düşünürük. Ancaq mən elə başa düşürəm ki, heç-heçə “Xəzər Lənkəran” üçün də pis nəticə olmaz.
Əli HƏYATİ
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda