“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Bu gün Premyer Liqanın XI turu çərçivəsində “Qəbələ”ni qəbul edəcəksiniz. Amma öncə son turda səfərdə “Xəzər Lənkəran”a məğlubiyyətin səbəbini öyrənmək istəyirik...
- Biz Lənkərana uduzmaq üçün getməmişdik. Oyuna yaxşı başlamışdıq. İstəyimiz maksimum nəticəylə geri dönmək idi. Qarşılaşmanın əvvəllərində də qol imkanlarımız oldu. Buna baxmayaraq, məğlub olduq. Oyun zamanı mövqe səhvlərinə yol verdiyimiz üçün qapımızda qol gördük.
- Bəzi futbolçularınız Lənkəran stadionunun meydançasından narazılıq ifadə ediblər. Bu haqda nə deyərdiniz?
- Deməzdim ki, meydança amili oyunumuza birbaşa təsir göstərdi. Ancaq hardasa düşündüyümüz oyunu sərgiləməyə də imkan vermədi. İkinci yarıda da oyuna pis başlamadıq. Yenə iki real qol imkanımız olsa da, dəyərləndirə bilmədik. Əvəzində rəqib ikinci qolu vurdu. Komandam pis oynamadı. Sadəcə, futbol səhvləri bağışlamır.
- İndi keçək “Qəbələ” ilə keçirəcəyiniz görüşə. Bu qarşılaşma haqda nə düşünürsünüz?
- Bu gün çox güclü hücum xəttinə malik olan komandaya qarşı oynayacağıq. “Qəbələ” bəlkə də Azərbaycanda ən güclü hücum xəttinə malik komandadır. Yüksək səviyyəsi, sürəti və fərdi keyfiyyətlərə malik olan futbolçuları var. Bu görüşə çox ciddi hazırlaşırıq. “Qəbələ”yə də üç xal hava və su kimi vacibdir. Düşünürəm ki, “Turan”a məğlubiyyətdən sonra bizi çox ciddi şəkildə analiz ediblər.
- Komandanızda durum necədir?
- Heyətlə bağlı bəzi problemlər var. Buna görə heyətdə dəyişikliklər gözlənilir. Ancaq düşünürəm ki, hər şeyə rəğmən “Qəbələ”ylə oyuna ən optimal heyəti buraxacağam.
- Rəqibin çox güclü hücum xəttinin olduğunu qeyd etdiniz. Bununla bağlı, hansısa tədbir görmüsünüz?
- Bizim əsas problemimiz elə müdafiə xəttiylə bağlıdır. Rəşad Sadıqov və Ansi Aqolli zədə, Maksim Medvedyev isə cəza üzündən “Qəbələ”yə qarşı oynamayacaqlar. Əsas heyətin oyunçularının oynamaması müdafiə xəttimizdə problemlər yarada bilər. Ancaq onların yerinə meydana çıxacaq futbolçulara da çox güvənirik. Bu görüşdə komanda oyununa daha çox üstünlük verməliyik. Çalışmalıyıq ki, kollektiv şəkildə mübarizə aparaq.
- Əsas müdafiəçilərinizin yoxluğunda onların yerinə meydana çıxacaq futbolçuların ümidlərinizi doğruldacağına əminsiniz?
- Oyun təcrübəsi baxımından çatışmazlıqlar ola bilər. Lakin biz futbolçuları tam hazır olandan sonra meydana buraxacağıq. Onlara çox inanırıq.
- “Xəzər Lənkəran” məğlubiyyətindən sonra komandanın psixoloji durumu nə yerdədir?
- Psixoloji durum futbolda çox böyük rol oynayır. Biz də çalışırıq ki, daha çox oynamaq istəyən, hazır olan futbolçuları meydana buraxaq. Bu siyahıda həm gənc, həm də təcrübəli futbolçular ola bilər. Onsuz da son vaxtlar gördüyünüz kimi heyətdə tez-tez dəyişiklik edilir. Eyni zamanda çalışırıq ki, hər bir futbolçumuzu psixoloji cəhətdən oyunlara tam hazır vəziyyətə gətirək.
- Bəs, Əfran İsmayılovun hazırki vəziyyəti necədir?
- Əfran artıq komandayla birgə məşqlərə başlayıb. Demək olar ki, sağalıb. Hazırlığı tam olaraq qaydasına düşəndən sonra oyunlara buraxılmaq ehtimalı var. Bildiyiniz kimi, neçə turdu Əfransız oynayırıq. Noyabrın 4-dən sonra milli komandanın oyunu ilə əlaqədar çempionatda fasilə yaranacaq. Çalışacağıq ki, bu kimi problemlərimizi fasilə zamanı aradan qaldıraq.
- Bu gün “Qəbələ”dən üç xal almaq şanslarınızı nə dərəcədə realdır?
- Hər iki komandanın şansı bərabərdir. Çempionatda düşünmədiyimiz nəticələr qeydə alınır. Hər tur istənilən iddialı komanda üç xaldan məhrum ola bilər.
Əli HƏYATİ
Salah üzr istəyib
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı