“Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın onuncu turunda səfərdə “Xəzər Lənkəran”a 0:2 hesabıyla məğlub oldunuz görüş barədə fikirlərini bilmək istərdik
- Fikrimcə, bərabər səviyyədə oyun getdi. Buna baxmayaraq, rəqib bizdən fərqli olaraq real qol imkanlarından istifadə etdi. Digər tərəfdən Lənkəranda yağan yağış da oyunumuza mənfi təsirini göstərdi. Belə hava şəraitində ilk qolu vuran komanda yetərincə üstünlük əldə edəcəkdi. Bu da rəqibə qismət oldu.
- Səncə, məğlubiyyətinizə səbəb nə oldu?
- İlk qolu buraxdıqdan sonra yüzfaizli qol imkanlarından yararalana bilmədik. Eyni zamanda Maksim Medvedyev qırmızı vərəqə aldıqdan sonra komandamız azlıqda mübarizə apardı. Bu kimi amillər məğlubiyyətə gətirib çıxardı.
- Sözlərindən belə çıxır ki, azlıqda qalmasaydınız, belə nəticə qeydə alınmazdı?
- Azlıqda qaldıqdan sonra daha çox hücumlar edərək qol vəziyyətləri yaradırdıq. Lakin istər-istəməz müdafiə çəkilən zaman azlıqda olmağımız öz təsirini göstərirdi. Rəqib meydanında “Xəzər Lənkəran” kimi güclü komandayla oyunda on nəfərlə mübarizə aparıb nəticə qazanmaq çox çətindir.
- Komanda yoldaşın Maksim Medvedyev ona hakimin göstərdiyi sarı vərəqələrdən birinin haqlı hesab etmir. Bəs sən necə düşünürsən?
- Birinci epizodda sarı vərəqəlik qayda pozuntusu yox idi. Odur ki, hakim bu epizodda sarı vərəqə verməməliydi. Lakin ikinci göstərilən vərəqə haqlı idi.
- Ümumilikdə baş hakim Fariz Yusifovun idarəçiliyini necə qiymətləndirirsən?
- Normal. Maksimə göstərilən sarı vərəqəni çıxmaq şərti ilə ciddi səhvə yol vermədi.
- Oyundan sonra klub rəhbərliyinin və baş məşqçiniz Qurban Qurbanovun sizdən ciddi narazılıq etməsi haqda xəbərlər doğrudur?
- İndiki vəziyyətdə məğlub olmağımız yaxşı hal deyil. Çünki şanslarımız daha da azalır. Sualınıza gəlincə, sadəcə iradlarını bildirdilər.
- “Qarabağ”da səninlə yanaşı Vaqif Cavadov, Vuqar Nadirov kimi güclü hücumçular oynasa da, qol vurmaqda çətinlik çəkirsiniz. Bunun səbəbi nədir?
- Özünüz də görürsünüz ki, son oyunlarda xeyli qol imkanımız olur. Lakin bundan maksimum istifadə edə bilmirik. Bu, artıq şanssızlıqdır. Vurduğumuz toplar ya dirəyə, tirə dəyir, ya da qapıçıya. Nədənsə, qapıdan keçmək istəmir.
- Belə olan halda “Qarabağ”ın ilk “altılıq”da yer alması çətinləşmir ki?
- İndiki vəziyyətdə bütün komandaların ilk “altılığ”a düşmək şansları bərabərləşib. Əvvəlki mövsümlərdə hansı komandaların ilk “altılıq”da yer alacağını müəyyən etmək olurdusa, indi bunu əminliklə söyləmək çox çətindir. Rəqabət həddindən artıq güclüdür. Lakin bu amil bizə ilk “altılığ”a düşməyə mane olmamalıdır. Əgər “altılığ”a düşə bilməsək, böyük problem olacaq. Ona görə də növbəti oyunlarda mütləq yaxşı nəticə qazanmağımız vacibdir. İnşallah, bunun öhdəsindən gələrik.
Əli HƏYATİ
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı
"Real"da ciddi itkilər var
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Sumqayıt" hücumçu transfer etdi
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
Levandovski qərarını verdi
"Liverpul" üçün şok: O da zədələndi
Postekoqlu od püskürdü
Tomas Tuhel daha 2 il İngiltərə millisində - Rəsmi
"Turan Tovuz" Berdıyev üçün apellyasiya şikayəti edəcək
Şahruddinə görə 12 xalları silindi
AFFA rəhbərliyi UEFA-nın Konqresində
"Neftçi"ni dirildən adam
Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu
“Qarabağ” – “Nyukasl”: Biletlərin qiymətləri
Ədilxan çempion olduğu komandaya qayıtdı
"Qalatasaray"dan "Rams Park" bombası
Kapitanı "Liverpul"a 3 xal qazandırdı - Video