“Qəbələ” klubunun kapitanı Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın X turunda doğma meydanda “Turan”a minimal hesabla 0:1 məğlub oldunuz.
- Biz ötən üç oyunun hamısında heç-heçə etmişdik. “Turan”la qarşılaşmada mütləq qalib gəlməliydik. Həmçinin bizim oyundan bir gün əvvəl bir çox iddialı komanda xal itirməsi qələbə qazanmağımıza daha çox stimul verirdi. Oyuna gəlincə yaxşı başlamışdıq. Bəlkə də “Qəbələ” heç belə yaxşı çıxış etməmişdi. Hücumlarımız mükəmməl idi. Sadəcə, son nöqtəni qoya bilmirdik. Həmçinin ikinci yarıda hava şəraiti də bizim əleyhimizə işlədi.
- Bir kapitanı kimi məğlubiyyətin əsas səbəbini nədə görürsən?
- Komandamız meydanda əlindən gələni edirdi. Amma yağışlı hava sürətli, texnikalı oynamağımıza mane oldu. Birdə ki, “Turan” kimi komandalarla oynamaq çətindir. Çünki on bir nəfərlə müdafiədə otururlar. Nə özləri oynayır, nə də bizə oynamağa imkan verirdilər. Eyni zamanda penaltini vura bilməməyimiz oyunumuzun sınmasına gətirib çıxardı. Məncə, istənilən halda nəsə edə bilərdik. Buna vaxtımızda vardı. Ancaq görünür, həmin gün idman xoşbəxtçiliyi bizdən üz döndərmişdi.
- Yəqin ki, “Turan”a evdə məğlubiyyəti heç biriniz gözləmirdiniz.
- Doğrudur. Onlarla matça yalnız qələbə üçün çıxmışdıq. Təəssüf ki, bizdə alınmadı. Ümumiyyətlə, belə komandalarla oyunda gərək tez qol vuraraq, rahat şəkildə oynayasan.
- Oyunun ən yaxşılarından biri sən idin. Lakin çox çalışsan da, istəyinə nail ola bilmədin.
- Artıq yavaş-yavaş öz oyunumu tapıram. Digər matçlardan fərqli olaraq “Turan”la qarşılaşmada daha yaxşı təsir bağışladığımı düşünürəm. Bu oyunda xeyli sayda qol epizodu yaratmışdım. Komanda yoldaşlarıma 2-3 real qol ötürməsi verdim. Amma bunu dəyərləndirə bilmədilər.
- Amma özün də əlverişli imkandan istifadə edə bilmədin.
- Elədir. Qol vursaydım, bəlkə də komandam daha da ruhlanacaqdı. İstənilən halda həmin gün bizim günümüz deyildi.
- Görüşdən sonra baş məşqçi və rəhbərliklə söhbətiniz oldu?
- Bəli, oyundan sonra toplantı keçirildi. Baş məşqçimiz Ramiz Məmmədov komandaya öz iradlarını bildirdi. Əslində bu iradlar çox lazımlı idi. Çünki “Qəbələ” evdə bu cür komandalara uduzmamalıdır. Düzdü, bütün komandalara hörmətlə yanaşırıq. Ancaq istənilən halda “Turan” məğlub olmamamlıydıq.
- Belə davam etsə, “Qəbələ”nin vəziyyəti necə olacaq?
- İlk “altılığ”a düşə bilməsək, bu, “Qəbələ” üçün faciə olar. Məğlubiyyətdən sonra bütün futbolçular və baş məşqçi çox pis olmuşdu. Ancaq artıq komandanın bütün futbolçuları bu məğlubiyyətdən nəticə çıxarıb. Qarşımıza digər görüşlərdə qalib gəlmək məqsədi qoymuşuq. Belə götürəndə, bütün iddialı komandalar ardı-arda məğlubiyyətlər alır, heç-heçələr edirlər. Məsələn, “Neftçi”nin səfərdə “Rəvana” məğlub olması, “Bakı”nın heç-heçə etməsi,”Qarabağ”ın Lənkəranda uduzması buna sübutdur. Hələ çempionatın oyunları baş-ayaq gedir. Bütün iddialı klublar qeyri-sabit çıxış edir. Biz bu amillərdən maksimum istifadə etməliyik. Ardı-arda iki qələbə qazansaq, yuxarı pillələrdə qərarlaşacağıq. İnanıram ki, bunun öhdəsindən gəlib, ilk “altılığ”a düşəcəyik. Bir kapitan kimi baş məşqçi və komandaya inamım çox böyükdür.
- Növbəti oyununuz “Qarabağ”la olacaq. Bu görüş haqda nə düşünürsən?
- Bu komandayla oyunda bizə yalnız qələbə lazımdır. Biz meydana üç xal üçün çıxacağıq. İnşallah, məqsədimizə də çatarıq.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu