Sabah Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Kazanda “Rubin”lə üz-üzə gələcək “Neftçi”nin özbəkistanlı hücumçusu Bahadır Nasimov Qol.Az-a müsahibə verib.
- Başlayaq zədəndən. Vəziyyət necədir?
- Artıq hər şey normaldı. İkinci dəfə Almaniyaya getdim, həkim baxdı, müayinə elədi və artıq qaçmağa, topla yüngül işləməyə icazə verir. Hardasa 2-3 həftədən sonra komandayla birgə məşq edə biləcəyəm.
- Bəs tam olaraq, nə vaxt yaşıl meydanlara dönəcəksən?
- Bunu deyə bilərəm. Çünki həkimlər qərar verəcək.
- Sənin üçün 2012-ci ilin bitdiyini demək olar?
- (gülür) Bilmirəm. Baxaq görək necə olacaq. Hər şey bərpa prosesinin gedişindən asılı olacaq. Mən də çox istəyirəm ki, Avropa Liqasında oynayım. Ola bilsin, “İnter”lə son görüşdə iştirak etdim. Bəlkə də bu, tez baş verə bilər. Yenə deyirəm, bilmirəm necə olacaq. Artıq dörd aydır futbol oynamıram. Bu qədər müddət futbolsuz qaldıqdan sonra yenidən yaşıl meydanlara qayıtmaq çox çətindir.
- Futbolsuz həyat necədir?
- Çox pisdir. Xüsusən də, kənardan komanda yoldaşlarının məşqlərini və oyunlarını izləmək. Ancaq neyləmək olar, qismət belədir.
- Yəqin ki, Avropa Liqasının qrup oyunlarında oynaya bilmədiyin üçün çox təəssüflənirsən. Xüsusən də “İnter” kimi komandaya qarşı...
- Əlbəttə. Komanda tarixi ərzində ən böyük uğura imza atdı. Mən özüm də indiyə kimi Avropa Liqasının qrupunda oynamadığım üçün bunu çox istəyirdim. Ancaq yenə deyirəm, qismət. Əgər bilsəydim ki, hər şey bu cür olacaq, o zaman çempionatın hansısa oyunlarında oynamazdım və bu zədəni də almazdım (gülür). Ancaq bunu bilmək olmur.
- “Rubin”lə oyundan nə gözləyirsən?
- Hamı bilir ki, “Rubin” çox güclü komandadır, ard-arda iki il Çempionlar Liqasının qrupunda oynadılar, bu il Avropa Liqasının qrupunda çıxış dirlər. Ancaq bu futboldu, bütün rəqiblərə qarşı oynamaq olar. Əgər uşaqlar doxsan dəqiqə əzmlə, ürəklə, bütün gücləri ilə mübarizə aparsalar, qalib də gəlmək olar.
- Mahir Şükürov bildirib ki, hazırkı “Rubin” daha güclüdür, nəinki əvvəlki...
- Xeyr, əksinə, düşünürəm ki, əvvəlki komanda daha güclü idi. Çünki həmin vaxt komandada Semak, Dominges, Buxarov kimi futbolçular oynayırdı. Onda iki il ardıcıl olaraq Çempionlar Liqasının qrupunda oynadılar. Amma indi Rusiya çempionatında səkkizinci yerdə gedirlər. Buna baxmayaraq, istənilən halda “Rubin” güclü komandadır, başında Qurban Berdiyev kimi məşqçi dayanıb.
- Səncə, Kazandakı matçdan üç xal götürmək mümkündür?
- Əlbəttə. Əsas olan meydançada can qoymaq və baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirməkdir.
- Bir vaxtlar “Rubin”də oynadığından rusiyalı jurnalistlər səni tanıyırlar. Hələ ki, zəng edən, müsahibə götürmək istəyən yoxdur?
- Yox, hələ ki, belə bir şey olmayıb.
Anar XANLAROV, Kazan
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı