Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi

Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
ÖLKƏ FUTBOLU 17 Sentyabr 2026 / 22:45 478
-  A +

“Qəbələ”nin yeni baş məşqçisi Yeton Beqiri komandaya təqdim olunub.

QOL.az xəbər verir ki, təqdimat bu gün komandanın məşqindən öncə baş tutub. Klubun prezidenti Fariz Nəcəfov Beqirini futbolçulara və məşqçi heyətinə təqdim edib.

Qeyd edək ki, Yeton Beqiri sentyabrın 20-dən etibarən komandanın baş məşqçisi kimi fəaliyyətə başlayacaq.

Xatırladaq ki, tərəflər arasında 1+2 illik müqavilə də imzalanıb. "Qəbələ" Misli Premyer Liqasının 6-cı turu çərçivəsində növbəti matçını sentyabrın 18-də "Neftçi"yə qarşı keçirəcək. 


Qarabağ FK
Son xəbərlər
topaz banner