“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüsey Seyidov sabah Avropa Liqasında “Rubin”ə qarşı keçiriləcək oyunla bağlı Qol.Az saytının suallarını cavabıandırıb
- “Rubin”lə oyuna hazırsınız?
- Bəli. Bildiyiniz kimi, rəqibimiz qrupun favoritlərindən hesab olunur. Ona görə də bizi çətin səfər oyunu gözləyir. Meydan sahibləri də bizimlə görüşə ciddi yanaşacaqlar. Lakin istənilən halda çalışacağıq ki, səfərdən xalla dönək. Ən azı məğlub olmamalıyıq.
- Son vaxtlar “Rubin” Rusiya çempionatında istənilən səviyyədə çıxış etmir. Bu amil sizə nə kimi kömək edə bilər?
- Daxili çempionatın öz yeri var. Avroliqa isə başqa bir turnirdir. “Rubin” də bunu çox gözəl anlayır. Hətta son oyunlarında komandanın əsas futbolçularının bir neçəsinə bilərəkdən istirahət verilmişdi. Bu isə onların Avroliqaya daha çox əhəmiyyət verməsinə dəlalət edir. Sizə deyim ki, “Rubin”lə qarşılaşma səfərdə “İnter”lə keçirəcəyimiz görüşdən də ağır olacaq.
- “Neftçi” rəhəbrliyi “Rubin”lə oyunda qarşınıza hansı vəzifəni qoyub?
- Rəhbərlik tam şəkildə bizdən qələbə tələb etmir. Lakin əzmkarlıq, sonadək mübarizə və ən azı məğlub olmamağımızı istəyir. Elə olur ki, meydana heç-heçə üçün çıxırsan, lakin sonda qalib gəlirsən. Bunu qabaqcadan təxmin etmək çətindir. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticəylə vətənə dönək.
- Sözlərindən belə başa düşdüm ki, qələbəyə o qədər də ümidli deyilsiniz.
- Real danışsaq, Rusiya futbolu çox irəli gedib. “Rubin” özünü artıq neçə il bundan öncə Çempionlar Liqasında özlərini sübut edib. Hətta “Barselona”nı “Nou-Kamp”da məğlub etməyi bacarıblar. Ancaq biz “Rubin” kimi bir qrupa düşmüşüksə, deməli, bu yerlərə layiqik. “Neftçi” elə-belə komanda deyil. Kazana turist kimi gəlməmişik.
- Bakıda “İnter”lə keçirdiyiniz oyunda baş məşqçinin sənin əvəzinə ilk yarıda Kamil Nurəhmədovu meydana buraxması mətbuatda tənqid olundu. Sən özün də buna etiraz etdin. Bəs bu dəfə necə olacağını düşünürsən?
- Bu şansı yenə də gözləyirəm. “İnter” oyunundan sonra Böyükağa müəllim mənə bildirdi ki, sənin haqqını yeyə bilmərəm. Bundan sonra çempionat oyunlarında məni əsas heyətdə meydana buraxır. Yəqin ki, “Rubin”lə oyunda da mənə şans verəcək.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı