Sabah Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Kazanda “Rubin”lə üz-üzə gələcək “Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviç Qol.Az-a müsahibə verib.
- Düşərgənizdə oyun öncəsi əhval-ruhiyyə necədir?
- Azərbaycan çempionatının son turunda qələbə qazandığmızdan (“Kəpəz” 4:0) əhval-ruhiyyəmiz çox yüksəkdir. Bu cür oyun öncəsi belə qələbə komandaya əlavə motivasiya verir. Ümid edirik ki, Kazan səfərindən uğurlu nəticə ilə dönəcəyik. Rəqib çox güclüdür, kifayət qədər Avropa təcrübələri var, bunu öz oyunları ilə sübut ediblər. Ancaq biz də çalışacağıq ki, ən azı uduzmayaq.
- Matçın favoriti kimdir?
- Favorit əlbəttə ki, “Rubin”dir. Ancaq bu, futboldu. Burda hər şey mümkündür.
- Demək olarmı, əgər “Rubin”i məğlub etsə, “Neftçi”nin qrupdan çıxmaq şansı xeyli artacaq?
- Mən də o cür düşünürəm. Bilirsiniz, burada hər şey özümüzdən aslıdır. Qrupdakı şansları dəyərləndirsək, “İnter”lə “Rubin” favoritlərdir. “Partizan”la “Neftçi” isə üçüncülük uğrunda oynayır. Ancaq bunlar kağız üzərində belədir. “İnter” - “Rubin” matçında “İnter” yüzfaizlik favorit idi. Ancaq bir xalı güclə, son dəqiqələrdə əldə etdilər. “Barselona”, “Real” kimi komandalar da oyun uduzur. Deməli, futbolda hər şey mümkündür.
- “Rubin”lə oyunda hansı nəticə sizi razı salacaq?
- Principcə, heç-heçə də pis nəticə sayılmamalıdır. Yetər ki, uduzmayaq.
- Yəqin ki, Kazan təmsilçisinin son oyunlarının videoyazısını izləmisiniz. Rəqibi necə şərh edərdin?
- Etiraf edək ki, Rusiya çempionatı çox güclüdür. Orda MOİK, “Zenit”, “Spartak” kimi komandalar oynayır. “Rubin”i də bu sıraya aid etmək olar. Düşünürəm ki, “İnter”lə Bakıdakı qarşılaşmanın ikinci hissəsində oynadığımız kimi oynasaq, nəticə qazana bilərik. Mənim fikrimcə, ən əsası ilk 20-30 dəqiqə ərzinə qol buraxmamalıyıq. İlk yarım saatda top buraxmasaq, “Rubin”dən xal ala bilərik.
- Serbiya - İngiltərə U-21-lərinin oyununda baş verənlərdən xəbərin var. Ola bilsin ki, UEFA Serbiya millisini və ümumiyyətlə, Serbiya klublarını cəzalandırsın, onlara qarşı ağır sanksiyalar həyata keçirsin. Belə olan halda, “Partizan” da Avropa Liqasından kənarlaşdırıla bilər ki, bu da sizin qrupdan çıxmaq şansınızı daha da artırmış olacaq. Bu barədə nə deyə bilərsən?
- Bəli, bundan xəbərim var. Ancaq bilirsiniz necədir, şəxsən mən bunu istəməzdim. Yəni taleyimizi başqalarının yox, özümüzün həll etməyini istəyirəm. Qoy, hər şey meydanda, fair-play çərçivəsində həll olunsun.
- Demək olar ki, həm daxili çempionatda, həm də beynəlxalq arenada bütün oyunları əvəzolunmadan keçirirsən. Necə deyərlər, layiqli əvəzləyicin olmadığından, bütün yük sənin çiyinlərindədir. Yorğunluq hiss eləmirsən ki?
- Öncə onu deyim ki, “Neftçi”də Emin Balayev kimi gənc qapıçı var. Mən inanıram ki, yaxın 2-3 il ərzində o, Azərbaycanın ən yaxşı qapıçılarından biri olacaq.
- Bu öz yerində. Amma fakt odur ki, hazırda bütün yük sənin çiyindədir...
- Mən burada heç bir problem, yorğunluq hiss etmirəm və bütün gücümü də sərf etməyə hazıram ki, “Neftçi”yə kömək edim.
Anar XANLAROV, Kazan
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu