Hazırda Kazanda olan “Neftçi”nin və millimizin müdafiəçisi Mahir Şükürov Avropa Liqasının qrup mərhələsində “Rubin”lə oyun öncəsi Qol.Az-ın Tatarıstana ezam olunmuş xüsusi müxbirinə müsahibə verib.
- Komandanı “Rubin”lə oyuna hazır saymaq olar?
- Bəli. Bütün kollektiv bir yerdə hazırlıq keçdi. Yalnız mən millinin düşərgəsində olduğumdan bir müddət komandadan kənar qaldım. Amma sonradan kollektivə qoşuldum və deyərdim ki, hər şey yaxşıdır.
- Oyundan nə gözləyirsən?
- Səfərdə oynayırıq. Özü də zəif olmayan bir komandaya qarşı. Rəqib təkcə heyətinə yox, büdcəsinə görə də güclüdür. Nəzərə alaq ki, “Rubin” iki il ard-arda Çempionlar Liqasınıjn qrupunda oynayıb. Yəni bizimlə müqayisədə beynəlxalq təcrübəsi də çoxdur. Lakin buna baxmayaraq, Kazana üç xal dalınca gəlmişik.Çünki bizim də güclü heyətimiz var. Bir sözlə, rəqibdən çəkinmirik. Bu futboldur, hər şey ola bilər. Uda da, heç-heçə də oynaya, uduza da bilərik. Amma dediyim kimi, əsas hədəfimiz üç xaldır. Təbii ki, rəqib də eyni məqsədlə meydançaya çıxacaq. Bilirsiniz ki, MOİK, “Zenit” Avropa Liqasını qazanıb. “Rubin” də bu uğuru təkrarlamaq istəyir.
- Bu oyunu “Neftçi” üçün həlledici saymaq olar? Çünki məlum məsələdir ki, qrupun favoriti “İnter”dir və ikinci yer üçün “Rubin”, “Partizan” və “Neftçi” mübarizə aparacaq. Serbiyadan xalla dönmüsünüz. Kazanda da uduzmasanız, ikincilik şansınız xeyli artacaq...
- Bəli, sizinlə razıyam. Serbiyadan xalla qayıtmışıq. Əminəm ki, Kazanda da uduzmasaq, evdə həm”Partizan”ı, həm də “Rubin”i məğlub edəcəyik.
- Bilirik ki, hazırda Kazanda soyuq hava var. Məhz bu amil oyununuza nə dərəcədə təsir edə bilər?
- İnanmıram ki, hansısa problem yaransın. Çünki biz Moskvada Rusiya millisinə qarşı –yeddi dərəcədə oynadıq. Əksinə əsl futbol oynamalı havadır. Ola bilsin Cənubi dmerikalı futbolçularımız üçün bir qədər çətin olsun. Buna görə də səfərə iki gün öncədən gedirik ki, onlar da yerli ab-havaya uyğunlaşa bilsinlər.
- Bir vaxtlar sən özün də “Anji”nin heyətində Rusiya Premyer Liqasında çıxış etmisən. Bu mənada rusiyalı jurnalistlər səni tanımamış olmaz. Matç öncəsi səninlə əlaqə saxlayan olub?
- Rusiya ilə millimizin oyunundan əvvəl zəng eləmişdilər. Amma “Rubin”lə oyun öncəsi əlaqə saxlayan olmayıb.
- Ümumiyyətlə, “Rubin”i rəqib kimi necə xarakterizə edərdin?
- Məlum məsələdir ki, Rusiya klubları fiziki cəhətdən güclü olur. Hazırkı baş məşqçiləri Qurban Berdiyev də güclü mütəxəssisdir. Hər halda güclü olmasaydı, uzun müddətdi orda işləməzdi. Həm də mənim fikrimcə, indiki “Rubin” daha güclüdür. Çünki səviyyəli legionerlər cəlb ediblər.
- “Anji”nin heyətində “Rubin”ə qarşı oyununu xatırlayırsan?
- Bəli, uğurlu oyun olmuşdu, səfərdə 0:0 oynamışdıq. Evdəki oyunda isə sarı vərəqə cəzalısı olduğumdan oynamamışdım.
- Millinin düşərgəsindən gəldikdən sonra özündə yorğunluq hiss edirsən?
- Desəm yorğunluq var, deyəcəklər, özünü əvvəllcədən sığortalayır. Amma həqiqətən də yorğunluq var. Hərçənd bunu yaddan çıxarıb oyuna köklənmək lazımdır.
Anar XANLAROV
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı
"Real"da ciddi itkilər var
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Sumqayıt" hücumçu transfer etdi
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
Levandovski qərarını verdi
"Liverpul" üçün şok: O da zədələndi
Postekoqlu od püskürdü
Tomas Tuhel daha 2 il İngiltərə millisində - Rəsmi
"Turan Tovuz" Berdıyev üçün apellyasiya şikayəti edəcək
Şahruddinə görə 12 xalları silindi
AFFA rəhbərliyi UEFA-nın Konqresində
"Neftçi"ni dirildən adam
Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu
“Qarabağ” – “Nyukasl”: Biletlərin qiymətləri
Ədilxan çempion olduğu komandaya qayıtdı
"Qalatasaray"dan "Rams Park" bombası
Kapitanı "Liverpul"a 3 xal qazandırdı - Video