“Bakı” klubunun qapıçısı Aqil Məmmədovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın doqquzuncu turunda komandan səfərdə “Qarabağ”la oyunda qələbəyə yaxın olsa da, nəticəni qoruya bilmədi. Buna nə səbəb oldu?
- Səbəbini söyləmək çətidir. Çünki problemin nədən ibarət olduğunu mən də bilmirəm. Konkret olaraq oyunumuz alınmır. Komanda qələbə qazandığı yerdə penaltidən qapısında qol görür. Hakim penaltini verməsəydi, “Bakı” qələbə qazanacaqdı.
- Baş məşqçi Bojidar Bandoviç səni niyə əsas heyətdə meydana buraxmadı?
- Oyun ərəfəsindəki məşqdən sonra gördüm ki, ayağımı yerə basa bilmirəm, ciddi ağrılar hiss edirəm. Həkim müayinəsindən sonra 5-6 gün məşqlərdən kənarda qalmağım məsləhət bilindi. Sonradan ayağıma su yığıldığı bilindi.
- Bəs neçə müddət meydana çıxmayacaqsan?
- Demək olar ki, zədəm sağalıb. Bu gün məşqə çıxmalıyam.
- Necə düşünürsən, bir həftə məşqlərdən kənarda qaldıqdan sonra Bandoviç əsas heyətdə sənə yer verəcək?
- Bu qərar sırf məşqçinin ixtiyarındadır. Mənim üzərimə düşən vəzifə artıqlamasıyla məşqlər edib, yenidən onun etimadını qazanmaqdır. Ümid edirəm ki, meydana buraxacaq. Çünki artıq çempionat oyunlarında təcrübəm var. Bir çox vacib oyunda komandama kömək etmişəm. Elə kubok oyununu da bura əlvə etmək olar. Mən Bandoviçə güvənirəm.
- Milli komandadan dəvət gözləyirsənmi?
- Əlbətə. Mənə dəvət göndərəcəklərinə inanıram.
- Millinin əsas qapçısı Kamran Ağayev cəza üzündən noyabr ayında Şimali İrlandiyaya qarşı oynamayacaq. Sənin üçün böyük şans yarandığını etiraf edirsən?
- Çox istərdim ki, Foqts mənə etimad göstərsin. Əgər belə olsa, söz verirəm ki, milli komanda üçün meydanda can qoyacağam. Kamranın cəzalı duruma düşməsi bizim özümü göstərməmiz üçün böyük şansdır. Lakin istərdim ki, Kamran Ağayev kimi qapıçı klubsuz qalmasın. Bu halda rəqabət daha da güclənər. Ancaq Kamranın yoxluğunda milli üçün əlimdən gələni etməyə hazıram. Hər bir qapıçıyla rəqabətə hazıram.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər