“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın doqquzuncu turunda səfərdə “Xəzər Lənkəran”la qarşılaşdınız. 1:1 hesabı ilə yekunlaşan həmin oyunda komandanızın çıxışı və nəticədən razı qaldınızmı?
- Rəqib üçün də bu oyun çox önəmli idi. Onların da bizim kimi üç xala çox böyük ehtiyacları vardı. Ona görə də hücum futboluna üstünlük verdilər. Həmin oyunda futbolçularımızdan istədiklərimizin 99 faizi demək olar ki, həyata keçdi. Baxmayaraq ki, heç nədən qapımızda qol gördük. Düzdü, qol buraxdıqdan sonra da qol imkanı yaratdıq. Təəssüf ki, bundan istifadə edə bilmədik.
- “Xəzər Lənkəran”la görüşdə futbolçularınızın fiziki durumunun istənilən səviyyədə olmadığı açıq görünürdü.
- Bəli, bu fikirlə razıyam. Onların hazırkı fiziki durumları məni qane etmir. Mən hər zaman atletik və fiziki futbola üstünlük vermişəm. Lakin bu aralar oyunçularımızı fiziki məşqlərlə yükləmişdik. Bu prosesi hələ yarım aya qədər davam etdirmək fikrindəyik. Heç nəyə baxmadan bu proqramdan kənara çıxan deyilik. Futbolçular yorğun olsalar belə qarşımıza onların fiziki durumlarını yüksəltmək məqsədi qoymuşuq.
- “Qəbələ”yə qayıtdıqdan sonra keçirdiyiniz üç oyunun hamısında heç-heçə qeydə alınıb. Bunu nə ilə əlaqələndirirsiniz?
- Mənim vaxtım çox məhdud idi. Komandanı götürdükdən dörd gün sonra rəsmi görüşə çıxdım. Lakin komandanı taktiki və fiziki durumunu istədiyim vəziyyətə gətirmək üçün mənə hələ ən azı iki ay vaxt lazımdır. Həmçinin xətlərarası əlaqəni də bərpa etmək lazımdır. Bunları isə daha çox yoldaşlıq görüşlərində düzəltmək olardı. Lakin mənim bu imkanım olmadı. “Simurq”la yoxlama matçı keçirmək istəsək də, baş tutmadı. Hətta Qəbələyə yaxın olan Ağsunun komandasıyla yoldaşlıq oyunumuz da alınmadı. Yəni bu kimi amilləri nəzərə almaq lazımdır. Mən baş məşqçi gəldikdən sonra Anar Nəzirov, Rövşən Əmiraslanov kimi gənc futbolçuları əsas heyətdə oynadıram. Birdə ki, ən əsas səbəb güclü rəqiblərlə oyunlara optimal heyətlə çıxa bilməməyimizdir. Hesabda irəlidə olduğumuz oyunlarda nəticəni qoruyub saxlamağımıza mane olan səbəb də yuxarıda sadaladıqlarımdır. “Xəzər Lənkəran”la qarşılaşmada Kalabane və Çertoqanov zədəli olsalar da, onları oynatdıq. Bütün bunlara baxmayaraq, futbolçulara təşəkkür edirəm ki, zədəli oynasalar belə, qənaətbəxş nəticə qazandılar. “Bakı” və “Xəzər Lənkəran” kimi güclü komandayla oyunda optimal heyət olmadan qollu heç-heçə edib bir xal qazanmaq asan deyil.
- Lənkərandakı oyunda da kapitan sarğısını Rəşad Abdullayevə həvalə etmişdiniz...
- Həm AZAL, həm də “Bakı” ilə oyunlarına nisbətən Rəşad formasını yığmağa başlayıb. Bildiyimə görə, komandada bir az problemləri olmuşdu. Artıq onun sıxıntısı demək olar ki, geridə qalıb. Həmin müddət ərzində həm fiziki, həm də psixoloji baxımdan geri qalmışdı. İndi yavaş-yavaş formasını bərpa edir. Bu problemləri tam geridə qoyduqdan sonra meydanda yenə əvvəlki Rəşadı görə biləcəyik. Mən onun komandanı öz arxasınca aparacağına inanıram.
- Rəşadın oyun üslubu sizin taktikanıza uyğun gəlirmi?
- “Xəzər Lənkəran” görüşdə də bunun şahidi olduq. Rəşadın sağ və sol cinahdakı çıxışı Kamanan və Mendi üzərində qurulmuşdu. Oyunları istədiyimiz kimi alındı. Növbəti turda da Rəşada çox inanıram. Bu futbolçu öz üzərində çox çalışandır. Ürəkaçan bir şey var ki, artıq komandada səhər və axşam iki dəfə fərdi məşqlər də edir. Rəşadla yanaşı məşqə daha çox ehtiyacı olan oyunçular fərdi olaraq da çalışırlar. Rəşad Abdullayev bir azərbaycanlı kimi xarakteri, futbolçuları arxasınca aparmaq qabiliyyəti, patriotluğu, legioner və yerli futbolçular arasında münasibətləri qurmağı bacaran birisidir. O, öz mövqeyində gözəl oyunu ilə seçilən az-az azərbaycanlı futbolçulardandır. Mən onunla iş birliyi qurmaqda maraqlıyam. Belə bir futbolçuya komandanın ehtiyacı var.
Əli HƏYATİ
Salah üzr istəyib
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı