“Neftçi”nin müdafiəçisi Elvin Yunuszadənin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın “Kəpəz”ə qarşı keçirilən doqquzuncu turunun oyununda ehtiyatda qalmışdın. Zədəli idin, yoxsa baş məşqçi sənə istirahət vermişdi?
- Xeyr, zədəm yoxuydu. Baş məşqçi qərara gəldi ki, həmin oyunda Təralan Quliyevə şəns versin. Bizdə hər mövqedə rəqabət güclü olduğundan hər matçda başqa futbolçunun oynaması normal haldır.
- Bəlkə Böyükağa Hacıyev səni “Rubin”lə oyuna qorumaq üçün ehtiyatda saxlayıb?
- Nə deyim. Bu barədə heç bir məlumatım yoxdur. Ona görə dəqiq bir söz deyə bilmərəm. Mənə də oynamamaq xoş deyil. İstəyirəm, hər oyunda meydanda olub komandama kömək edim. Baş məşqçimizdən həmişə şans gözləyirəm.
- Artıq çempionatda “Neftçi” qələbələr qazanmağa başlayıb. Turnir cədvəlində mövqeyini yaxşılaşdırıb. Səncə ötən ilki nəticəsini bu ildə qorumağı bacaracaqsınız?
- Bu gün iki cəhbədə mübarizə aparmaq bizim üçün həqiqətən çətindir. Amma buna öyrəşməyə çalışırıq. Avroliqa oyunları kimi ölkə çempionatının matçları da çox vacibdir. Çünki biz ötən il çempion olmağımızın sayəsində indi Avropa Liqasının qrupunda oynayırıq. Ona görə bu il də ölkə çempionluğu uğrunda mübarizə aparacağıq.
- Dediyin kimi, “Neftçi” Avroliqanın qrup mərhələsində də çıxış edir. Yəqin ki, bir müdafiəçi olaraq, yerli çempionatla Avropadakı oyunların nə qədər çox olduğunu görürsən.
- Təbii, fərq çoxdur. Bu da normaldır. Ancaq bir məsələ var ki, çempionat oyunlarında da rəqibə ciddi yanaşmasan, qarşındakı futbolçuya qarşı oynamaq çətin olar. Fikrimcə, hər bir rəqiblə sona qədər mübarizə aparmaq lazımdır ki, sənə başağrısı olmasın.
- Artıq “Rubin”lə oyunun hazırlığına başlamısınız. Hazırlıq necə gedir?
- Oyuna çox ciddi hazırlaşırıq. Cavid İmamverdiyevi zədəli olmasını çıxmaqla komandada problem yoxdur. Rəqibin oyunlarını izləyəcəyik. Çalışacağıq, zəif tərəflərini tapıb ondan istifadə edək. Şəxsən mənim fikrimcə, “Rubin” “İnter”dən zəif komanda deyil. Bizim üçün onlara qarşı oynamaq çətin olacaq. Əsas da “Rubin” doğma meydanda çox güclü təsir bağışlayırlar. Amma bu o demək deyil ki, onlardan çəkinirik. Kazana uduzmaq üçün getmirik. Düzdür, ola bilsin hansısa oyunda məğlub olaq. Ancaq istənilən komandaya qarşı ancaq qələbə qazanmaq üçün çıxırıq.
- Proqnozun necədir?
- Nəticə barəsində əvvəlcədən nəsə demək düzgün olmaz. Amma Kazana uduzmaq üçün getmirik.
Şükür CAVAD
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
"Beşiktaş" "Marsel"lə üz-üzə - Avroliqada 9 oyun
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da