“Qəbələ” klubunun qapıçısı Anar Nəzirov Premyer Liqanın doqquzuncu turunda “Xəzər Lənkəran”a qarşı keçirilən oyunla (1:1) Qol.Az saytının suallarını cavablandırıb
- “Xəzər Lənkəran”la görüşü necə dəyərləndirirsən?
- İlk növbədə deyim ki, hər iki komanda turnir cədvəlində layiq olduğu yerdə deyil. Biz Lənkərana üç xal üçün getsək də, bir xal qazandıq. Rəqibin güclü olduğunu nəzərə alsaq, bir xal da bizim üçün pis nəticə deyil.
- Qarşılaşmanın 22-ci dəqiqəsinsə komanda yoldaşın Yannik Kamananın vurduğu qolla irəlidə olsanız da, hesabı sona qədər qoruya bilmədiniz. Artıq ikinci oyundur ki, sizdə eyni hal təkrarlanır.
- “Bakı” ilə oyunu nəzərdə tutursunuzsa, onda komandamız azlıqda mübarizə aparmalı olmuşdu. Bu görüşdə isə rəqib meydanında güclü bir komandaya qarşı oynayırdıq. Hesabı qorumağa çalışır və ə daha çox əks-hücumlarda oynayırdıq. Xeyli qol imkanından yararlana bilədik. Ancaq rəqibə oyun epizodlarından qol vurmağa imkan vermədik. Sadəcə, hakimin təyin etdiyi penalti zərbəsindən sonra məğlubiyyətdən qaça bildilər.
- Yeri gəlmişkən, penalti qərarı doğru idimi?
- Hakim belə qərar veribsə, deməli, doğrudur. Niyə yalandan deyim ki, onbirmetirlik cərimə zərbəsi yox idi? Mən hakimin qərarıyla razılaşıram.
- Bəs, rəqibin baş məşqçisi Yunis Hüseynov “hakim bizim iki penaltimizi vermədi” fikrinə münasibətin necədir?
- Qol vurulan epizodda penalti var idi. Amma digərlərində qayda pozulmamışdı. Oyundan sonra hər bir komanda istədiyini deyə bilər.
- Ramiz Məmmədovun “Qəbələ”yə gəlişindən sonra daim əsas heyətdə yer alırsan. Öz çıxışın barəsində hansı fikirdəsən?
- Mən indiki oyunumla kifayətlənmək istəmirəm. Çünki potensialım bundan artığına da imkan verir.
- Berti Foqts səni milliyə çağırsa da, hələ ki, əsas heyətdə çıxış edə bilməmisən. Kamran Ağayevin cəzası səbəbindən noyabr ayında Şimali İrlandiyaya qarşı oynamayacağını nəzərə alsaq, alman mütəxəssissin qapını sənə etibar edəcəyini gözləmək olarmı?
- Hər bir qapçının arzusudur ki, millinin şərəfini qorusun. Mən də bunu çox istəyirəm. Əgər Berti Foqts bu şansı mənə versə, özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Sadəcə, şansımı gözləyirəm.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda