Daha bir məşhur müğənni Azərbaycana gəlir

Daha bir məşhur müğənni Azərbaycana gəlir
FIFA U-17 12 Sentyabr 2012 / 18:06 4061
-  A +

FİFA U-17 qadınlararsı dünya çempionatı Azərbaycan 2012-yə həsr olunmuş Fan Zonanın azarkeşlərin tam əyləncəsi və rahatlığı üçün Dənizkənarı Milli Parkın ərazisində qurulmağı haqda xəbər vermişdik. 

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Fan Zona 15 sentyabr - 13 oktyabr tarixlərində hər gün saat 12:00-dan 22:00-dək açıq olacaq və qonaqlarını müxtəlif oyunlar, lotoreya, çempionatın və sponsorların hədiyyələri ilə yanaşı bir çox başqa sürprizlərlə sevindirəcəkdir.

15 sentyabr - şənbə gününə təsadüf edən Fan Zonanın açılışında və eyni zamanda kubok turunun bağlanış mərasiminə həsr olunmuş möhtəşəm konsert proqramında dünya şöhrətli pop ulduz, "Avro-2012"nin rəsmi mahnısının ifaçısı Okena çıxış edəcək.

Qeyd edək ki, Okena ilk dəfə dünya reytinqlərində hitə çevrilmiş  "Cry Cry" mahnısı ilə məhşurluq qazanıb.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner