Bu il 22 sentyabr - 13 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararsı dünya çempionatının ən əyləncəli hissəsi olan Fan Zona Dənizkənarı Parkda quraşdırılmağa başlayıb.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Fan Zonada çempionatın milli dəstəkçiləri SOCAR, Bakcell, Xalq Bank və Paşa Sığorta, eləcə də VISA, Hyundai, Coca Cola kimi FIFA partnyorlarının da stendləri daxil olmaqla 12 stend və müxtəlif attraksionlar quraşdırılacaq.
Fan Zonanın əsas məqsədi yalnız stadionlarda deyil, həmçinin şəhər mərkəzində də futbol atmosferi yaratmaq, çempionat ab-havasını şəhər əhalisinə hiss etdirməkdir. 3000 m2 sahədə quraşdırılacaq Fan Zona Dövlət Kukla Teatrının arxa hissəsindən başlayan böyük bir sahəni əhatə edəcək. Girişi pulsuz olacaq Fan Zonada azarkeşlər attraksionlardan istifadə edə və çoxlu pulsuz hədiyyələr qazana, həmçinin hər axşam təşkil olunacaq lotoreyaya qoşula və əylənə bilərlər. Çempionat həyəcanını yaşamaq istəyən hər kəsin stendlərdən həmin günün konsert proqramı ilə bağlı məlumat almaq imkanı da olacaq. 15 sentyabr tarixində açılacaq və çempionatın final gününə qədər davam edəcək böyük əyləncə bazarında müxtəlif suvenirlərin, çempionatı simvolizə edən kiçik əşyaların satışı da təşkil olunacaq. Burada həmçinin başı əyləncəyə qarışıb yeməyi unudan əyləncəsevərlər üçün yemək satışı, çempionat həyəcanından təsirlənib oyunu seyr etmək istəyənlər üçün bilet satışı da təşkil olunacaq.
Qalibiyyət üçün 32 oyun, 90 dəqiqə mübarizə aparacaq 16 komandanı dəstəkləmək, sevdiyiniz ölkəyə azarkeşlik etmək və ya ümumilikdə futbol eşqini üzərinizdə daşımaq, simanıza həkk etmək üçün “face painting” (üz rənglənməsi) nöqtəsi də sizlərə təqdim ediləcək.
Qeyd edək ki, 29 gün davam edəcək Fan Zona əyləncəsi müddətində yerli və xarici müğənnilərin iştirakı ilə möhtəşəm konsert proqramları təşkil olunacaq.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq