Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi Elxan Məmmədovun müsahibəsi
- FIFA U-17 qadınlararası dünya çempionatı sentyabrın 22-də start götürür. Hazırlıq işləri nə yerdədir?
- Artıq 20 aydır, dünya çempionatının keçirilməsi ilə bağlı yerli təşkilat komitəsi formalaşıb və hazırlıq işləri gedir. Lakin çempionatın açılışına 3 ay qalan vaxt daha gərgin iş rejimi ilə seçilir. Artıq dünya çempionatına 22 gün qalıb və bu mərhələdə günümüzün çox hissəsini stadionlarda keçiririk, çünki stadionların hazırlığı əsas məsələdir. Sevindirici haldır ki, son 3 ildə hazırlıq işləri sürətlə aparıldı və ötən 3 ildə 3 stadion - "Dalğa Arena" və sentyabrın 1-də isə Bayıl stadionu təhvil verildi. "8-ci kilometr" stadionu isə növbəti iki həftə ərzində təhvil veriləcək. Dünya çempionatının Azərbaycanda keçirilməsi infrastrukturun inkişafını sürətləndirib. AFFA prezidenti Rövnəq Abdullayev 5 il bundan qabaq seçilərkən əsas prioritetlərdən biri kimi infrastrukturun inkişafını müəyyənləşdirmişdi. Həmin vaxtdan bu istiqamətdə işlər başladı, amma dünya çempionatının keçirilməsi bizi standartları dünya çempionatına uyğunlaşdırmağa və işi sürətləndirməyə məcbur etdi. Artıq Tofiq Bəhramov adına Respublika stadionu əsaslı təmirdən sonra təhvil verilib, həmçinin Lənkəran şəhər stadionunda da FIFA tələblərinə uyğun dəyişikliklər oldu, sentyabrın 15-də hazır olacaq. "Şəfa" stadionunun isə ot örtüyü dəyişdirilir və sentyabrın 10-na hazır vəziyyətə gətiriləcək.
Bundan başqa, FIFA tərəfindən 17 məşq meydançası tələb olunur və onlarla bağlı vəziyyət də qənaətbəxşdir. Artıq 17 meydançadan 14-ü hazırdır, 3-ü isə yaxın günlərdə təhvil veriləcək. Şübhəsiz ki, sonra bunların hamısı Azərbaycan futboluna qalacaq və gələcəkdə istifadə olunacaq.
- U-17 dünya çempionatında hansı yüksək səviyyəli qonaqların iştirakı gözlənilir?
- Bu, FIFA-nın Azərbaycanda keçirdiyi ilk çempionatdır. FIFA-nın standartları yüksəkdir. Baxmayaraq ki, bu, 17 yaşlı qadınlar arasında çempionatdır, dünya çempionatlarının əsas standartları Azərbaycanda tətbiq olunur. Yeganə olaraq stadionların sayı və tutumu ilə bağlı məsələdə mundialda qoyulan tələblər öz yerini tapmayıb. FIFA prezidenti Zepp Blatterin səfəri artıq təsdiqlənib. Bizim üçün bu çox vacib idi, çünki o, dünya futbolunun prezidentidir, biz onu seçkilərdə dəstəkləmişik, səs vermişik. Azərbaycanla yanaşı, iştirakçı 15 ölkənin federasiyalarının da rəhbərliyi açılışda təmsil olunacaq.
- Hansı sayda xarici vətəndaşların Azərbaycana səfər etməsi gözlənilir? Onların hotellərlə təminatı işi necə təşkil olunub?
- İştirakçılarla bərabər Azərbaycana 2 minə yaxın əcnəbi qonağın gəlməsi gözlənilir. Komandalar üçün 6 ay əvvəldən artıq hotellər bron edilib. Digər qonaqların yerləşdirilməsi isə sərbəstdir.
- Çempionat ərzində təhlükəsizlik tədbirləri necə həyata keçiriləcək?
- Ən önəmli hal ondan ibarətdir ki, bu dünya çempionatının keçirilməsi təşəbbüsü irəli sürüləndə ölkə başçısı dəstəklədi və iki ay bundan qabaq da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalandı. Sərəncamdan irəli gələrək bir sıra dövlət qurumlarına çempionatın keçirilməsinə dəstək olmaq tapşırığı verilib. Bu gün müvafiq dövlət qurumları artıq AFFA ilə sıx əməkdaşlıq edirlər. Bu önəmli haldır, çünki bir daha beynəlxalq idman aləminə Azərbaycanda idmana qayğı nümayiş olunur. Gələcəkdə Azərbaycan daha da böyük futbol turnirlərinin keçirilməsinə iddialıdır. Builki dünya çempionatı Azərbaycan üçün böyük bir təcrübədir və dünyaya nümayiş etdirməliyik ki, biz bunu edə bilərik.
- Bizim U-17 qızların potensialını necə qiymətləndirirsiniz? Çempionatda hansı nəticələri gözləmək olar?
- Nəzərə almaq lazımdır ki, Azərbaycan yığması bu dünya çempionatına ev sahibi kimi birbaşa vəsiqə qazanıb. Digər komandalar isə seçmə mərhələdə bir il mübarizə apararaq bu çempionata vəsiqə qazanıblar. Yəni əminliklə deyə bilərik ki, digər 15 komanda FİFA-nın 208 üzvündən ən güclü komandalardır. Bundan başqa, Azərbaycanda qadın futbolunun yeni idman növü olduğunu qəbul etməliyik. Çempionat iştirakçısı olan 15 komandada qadın futbolu illərlə öncə yaradılıb və inkişaf etdirilib, biz isə bu işə 20 ay bundan qabaq başlamışıq. FİFA-nın da dünya çempionatını keçirməkdə əsas həlledici rolu regionlarda qadın futbolunu inkişaf etdirməkdir. Bu DÇ həqiqətən də Azərbaycan üçün bir başlanğıc oldu. Hazırda Azərbaycanda 16 komandanın iştirakı ilə U-15 liqası fəaliyyət göstərir və mütəmadi olaraq hər şənbə və bazar günləri müxtəlif rayonlarda oyunlar keçirilir. U-17 liqa yaradılıb. UNICEF təşkilatı da dərhal bu liqalara dəstək olub. 20 ay bundan qabaq yaradılan və deməyə qorxmaram ki, oynaya bilməyən komanda bu gün MDB-nin
15 respublikası arasında ən güclüsüdür. Biz MDB ölkələrindən Ukrayna, Gürcüstan, Belarus, Moldova, Latviya yığmalarını məğlub edirik, Rusiya ilə heç-heçə oynamışıq. Artıq qonşu komandalar Azərbaycana ciddi rəqabət göstərə bilmir. Digər tərəfdən çempionat iştirakçısı olan 15 komanda ilə müqayisədə geridəyik. Bu səbəbdən məqsədimiz qrup mərhələsindən növbəti mərhələyə vəsiqə qazanmaqdır.
Əsas odur ki, bizim azarkeşlərimiz stadiona gəlsinlər. Evdə oturaraq azarkeşlik etmək artıq geridə qaldı. Bu gün anlamalıyıq ki, futbol arenalarına gəlməklə ancaq azarkeşlik edilmir, bu ümumiyyətlə bir əyləncə növüdür. Avropa ölkələrində stadionlar dolu olur və bu o demək deyil ki, oyunlara gələn 45-50 min nəfərin hamısı futbolun dəlisidir. Onların 60 faizi azarkeşdirsə, qalanları onlarla birgə əyləncə xatirinə gedirlər, atmosferi yaşayırlar. Təkcə futbol deyil, digər komanda idman növlərində də azarkeşlərin stadiona gəlməsi vacibdir. Mən hər zaman stadionları teatrla müqayisə edirəm, səhnədə incəsənət nümayiş etdirirlər, futbol isə idman incəsənətidir. Biz hər kəsi stadionlara dəvət edirik və hesab edirik ki, bu, Azərbaycan millisinə böyük dəstək olacaq. Açılış oyununda Azərbaycan yığması Kolumbiyaya qarşı oynayacaq. Ümumiyyətlə, heç bir komanda idman növlərində Azərbaycan millisi dünya çempionatının final mərhələsində iştirak etməyib. Bu bir ilkdir və bu da qızlarımızın payına düşür. Ona görə də buna daha d
iqqətlə, həyəcanla yanaşmalıyıq. 30 min insan açılış oyununa yığışsa, komandamız psixoloji üstünlük əldə edərək ilk 3 xalını qazana bilər.
- Çempionat öncəsi milli komandamızın hazırlıq işləri necə gedir?
- Dünya çempionatına hazırlıq çərçivəsində Bayıl stadionunda Zambiyaya qarşı yoldaşlıq oyunu keçiriləcək. Bizim qrupumuzda Nigeriya yığması var və onların futboluna oxşar futbol oynayan yığma ilə görüşmək baş məşqçinin də tələbi idi. Venesuela yığması ilə də danışıqlar aparılır ki, dünya çempionatı ərəfəsində yoldaşlıq oyunu keçirilsin. Daha bir müsbət hal ondan ibarətdir ki, Çin və Kanadanın qadın futbolçuları Azərbaycanda dünya çempionatından qabaq yoldaşlıq oyunu keçirəcək. Ümumiyyətlə, dünya çempionatı Azərbaycan iqtisadiyyatı üçün də müsbət nəticələr verəcək, həmçinin Azərbaycanın reklamı olacaq. Çünki 125-dən çox ölkə canlı yayımla oyunları təqdim edəcək. Dünya çempionatına dövlətin dəstəyindən başqa, mənəvi dəstək də verildi. Bu bir daha göstərir ki, Azərbaycanda dövlət idmana və futbola çox yaxındır.
- Dünya kuboku artıq Azərbaycandadır. Vətəndaşların Dünya kubokunu görmək şansı oldumu?
- Kubok iyulun 6-da yerli təşkilat komitəsinə təqdim edilib. Kuboku müxtəlif şəhərlərə apardıq. Kubok Lənkəranda, Gəncədə, Sumqayıtda səfərdə oldu. Artıq kubok Bakıdadır və sentyabrın 15-də azarkeşlərin Dənizkənarı Parkda yığıldığı fan-zonada kubok bir daha təqdim olunacaq. Sonra isə kubok FIFA-nın Azərbaycandakı ofisinə təqdim ediləcək.
- Bilet satışı necə həyata keçirilir? Aktivlik müşahidə olunurmu?
- Bilet satışı ilk dəfə olaraq onlayn qaydada aparıldı və artıq bütün stadionlar bir sistemə bağlıdır. Artıq hər kəs onlayn şəkildə dünyanın istənilən yerindən bilet ala bilər. Bundan başqa, Bakı şəhərinin müxtəlif yerlərində satış da təşkil olunur. Artıq açılış oyununa təqdim olunan 30 min biletdən cəmi 8 mini qalıb. Tövsiyə edərdim ki, azarkeşlər, dəstək olmaq istəyənlər tələssinlər.
- Azərbaycanda keçirilən bu mötəbər turnirə biznes strukturlarının dəstəyi nə səviyyədədir?
- Bu dünya çempionatına FIFA-nın standart sponsorlarından başqa yerli sponsorlar da cəlb olunub. Yerli sponsorlar arasında ARDNŞ, Xalq Bank, Bakcell və Paşa Sığorta şirkətləri var. Bütün bu şirkətlərə minnətdarlığımızı bildiririk, çünki biznesin futbola yaxın olmağını FIFA-ya nümayiş etdirdik. Artıq televiziyalarda, küçələrdə sponsorların bu dünya çempionatının aktiv iştirakçılarından biri olduğu görünür.
Mənbə: Trend.az
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı