Bəhreynlə oyunda dünya çempionatının təbliğatı (FOTOLAR)

Bəhreynlə oyunda dünya çempionatının təbliğatı (FOTOLAR)
FIFA U-17 16 Avqust 2012 / 12:26 2084
-  A +

İsmət Qayıbov Bakıxanov qəsəbə adına stadionda Azərbaycan və Bəhreyn milli komandaları arasında keçirilmiş oyunda bu il ölkəmizdə təşkil olunacaq dünya çempionatının da təbliğatı aparılıb.

Qol.Az-ın məlumatına görə, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin təşkil etdiyi aksiyada oyunu izləmək üçün stadiona gələn azarkeşlərə çempionatın təbliğat materialları - bilet satış nöqtələri, bilet qiymətləri haqqında məlumat, çempionat oyunlarının cədvəli və s. broşurlar paylanıb.

Çempionatın rəsmi talismanı Top Top Qız isə oyun müddətində azarkeşlər arasında gəzib, fasilə zamanı isə meydançaya çıxaraq azarkeşləri salamlayıb, stadionda rəqs edərək onları əyləndirib. Oyundan əvvəl və fasilə zamanı diktor Azərbaycan - Bəhreyn qarşılaşmasını izləməyə gələn azarkeşlərə dünya çempionatının təşkil olunacağı stadionlar, Top Top Qızın tarixçəsi, çempionatın keçirilmə tarixləri, açılış və final oyunları, bilet satış nöqtələri və s. barədə məlumat verib.










Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər