Bu gün XXX London Yay Olimpiadasında sərbəst güləş üzrə daha 3 idmançımız mübarizəyə başlayıb.
Qol.Az-ın məlumatına görə, yarışın ikinci günündə Toğrul Əsgərov, Şərif Şərifov və Camaləddin Məhəmmədov döşək üzərinə çıxıb.
TOĞRUL ƏSGƏROV
60 kq çəki dərəcəsində mübarizə aparacaq Toğrul Əsgərov yarışa 1/8 final mərhələsindən qoşulub. Təmsilçimiz bu mərhələdə almaniyalı Tim Şleyçerlə qarşılaşıb. T.Əsgərov döyüşə Bakı vaxtı ilə saat 17:54-də çıxıb.
Hər iki hissədə rəqibindən üstün olan Əsgərov adını 1/4 finala yazdırıb. Güləşçimiz bu mərhələdə yaponiyalı idmançı Kenişi Yumoto ilə qarşılaşır. Həmin görüş Bakı vaxtı ilə saat 18:51-də başlayıb.
Əsgərov ilk hissədə rəqibini minimal hesabla məğlub edib - 1:0. İkinci hissədə üstünlüyünü qoruyan güləşçimiz yarımfinala adlayıb. Yarımfinalda Əsgərovun rəqibi ABŞ idmançısı Koleman Skott olub. Toğrul birinci hissədə 1:0, ikinci hissədə 5:0 hesabı ilə qalib gələrək finala adlayıb. Finalda onun rəqibi Besik Kudukov (Rusiya) olacaq. Görüş saat 22.54-da başlayıb. Toğrul Əsgərov hər iki hissədə inamlı qələbə qazanaraq (1:0, 5:0) olimpiya çempionu olub.
ŞƏRİF ŞƏRİFOV
Digər təmsilçimiz Şərif Şərifov (84 kq) da yarışa 1/8 finaldan qatılıb. Ş.Şərifov ilk döyüşündə Türkiyə güləşçisi İbrahim Bölükbaşı ilə üz-üzə gəlib.
İlk hissə Şərifovun xeyrinə başa çatır - 3:1. İkinci hissədə də üstünlüyünü əldən verməyən təmsilçimiz 1/4 finala yüksəlib. Ş.Şərifov bu mərhələdə amerikalı Ceyk Hebbertlə güləşəcək. Həmin döyüşə Bakı vaxtı ilə saat 19:07-də başlayıb. Şərif birinci hissədə 4:1, ikinci hissədə isə 6:0 hesabı ilə qalib gələrək yarimfinala çıxıb. Yarımfinalda Şərif Şərifovun rəqibi Ehsan Laşgari (İran) olub. Şərif rəqibinə qalib gələrək (1:0, 0:2, 2:1) finala çıxıb.
Şərifin finalda rəqibi Yusept Espinal (Puerto Riko) olacaq. Görüş saat 23.42-də start götürüb. Şərif ilk hissədə 5:1, ikinci hissədə 2:0 hesabı ilə qalib gələrək olimpiya çempionu olub.
CƏMALƏDDİN MƏHƏMMƏDOV
Döşək üzərinə ilk olaraq isə ən ağır çəkili güləşçimiz Camaləddin Məhəmmədov (120 kq) çıxıb. Mübarizəyə 1/16 finaldan qoşulan Məhəmmədov bu mərhələdə rusiyalı Bilal Maxovla qarşılaşıb. Həmin döyüşə saat 17:09-da start verilib.
İlk hissə rusiyalı güləşçinin xeyrinə başa çatıb - 1:0. İkinci hissədə də rəqibinə müqavimət göstərə bilməyən Məhəmmədov məğlubiyyətlə barışıb. Lakin güləşçimizin bürünc medal qazanmaq şansı qalırdı. Bunun üçün Məhəmmədovun məğlub olduğu Maxov finala qədər irəliləməli idi. Amma o, yarımfinalda gürcü idmançısına uduzub.
Qeyd edək ki, Londona 6 güləşçi ilə yollanan yığmamızın heyətində artıq bir idmançı mübarizəni dayandırıb. Əşrəf Əliyev 1/4 finalda uduzaraq olimpiadanı medalsız başa vurub.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu