Bu gün XXX London Yay Olimpiadasında Azərbaycan taekvondoçuları mübarizəyə qoşulublar.
Qol.Az-ın məlumatına görə, yığmamızın iki üzvü 1/8 finalda - Ramin Əzizov və Fəridə Əzizova qüvvəsini sınayıblar.
80 kq çəki dərəcəsində mübarizə aparacaq Ramin Əzizov ilk görüşündə ikiqat olimpiya (2000 və 2004) və beşqat dünya çempionu amerikalı Stiven Lopeslə üz-üzə gəlib. İlk hissə rəqibin üstünlüyü ilə başa çatıb - 0:1. İkinci hissədə təşəbbüsü ələ alan Ramin hesabı bərabərləşdirib. Üçüncü hissədə də üstünlüyünü qoruyan taekvondoçumuz 1/4 finala yüksəlib. Bu mərhələdə Raminin rəqibi Rəsul Abduraimə (Qırğızıstan) qalib gələn Pekin olimpiadasının gümüş mükafatçısı , İtaliya idmançısı Mauro Sarmiento (İtaliya) olub. Bu qarşılaşmada taekvandoçumuz 1:2 hesab ilə uduzub. Əgər Mauro Sarmiento finala çıxa bilsə, o zaman Ramin bürünc müdal uğrunda təsəlliverici görüşə çıxacaq.
67 kq çəki dərəcəsində mübarizə aparacaq Fəridə Əzizova isə Pekin olimpiadasının gümüş mükafatçısı kanadalı Karin Sergeri ilə qarşılaşıb. Döyüşün ilk iki hissəsində hesab açılmayıb. Üçüncü hissədə rəqib bir xal qazanıb və bununla da növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, üçüncü hissədə Fəridə Əzizovanın məşqçilərinin etirazı qəbul olunmayıb. Halbuki idmançımız rəqibin başına zərbə endirmiş və buna görə üç xal qazanmalıydı.
Qeyd edək ki, Əzizovanın rəqibi finala qədər irəliləsə, idmançımız bürünc medal uğrunda döyüşə çıxacaq.
Yeri gəlmişkən, Azərbaycan London olimpiadasında cəmi iki taekvondoçu ilə təmsil olunur.
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq