FIFA çəkiliş qrupu Azərbaycanda (FOTOLAR)

FIFA çəkiliş qrupu Azərbaycanda (FOTOLAR)
FIFA U-17 3 Avqust 2012 / 14:09 2867
-  A +

Azərbaycanda keçiriləcək  FIFA U-17 qadınlararası dünya çempionatının başlanmasına artıq həftələr qalır. Çempionata hazırlıq işləri çərçivəsində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) ilə FIFA-nın müvafiq qurumları və işçi qrupları arasında sıx əməkdaşlıq  davam edir.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iyul ayının 27-də ölkəmizə gələn FIFA Filming (FIFA çəkiliş qrupu) üzvləri 5 avqust tarixinə qədər şəhər profili çəkilişlərini həyata keçirəcəklər. Paytaxtda tarixi yerləri, müasir tikililəri, muzeylər və ümumi Bakı həyatını, günəşin Xəzərdən doğuşunu və s. lentə alan nümayəndə heyəti 1 avqust tarixində çempionat oyunlarına ev sahibliyi edəcək digər şəhərə - Lənkərana yola düşüblər. Burada da Lənkəranın zəngin təbiətini, sadə həyatını, rəngarəng mətbəxi və mədəniyyətini lentə alıblar.

Qeyd edək ki, FIFA çəkiliş qrupu FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə rəsmi ev  sahibliyi edəcək Bakı  və Lənkəran şəhərlərinin qısa tanıtım çarxlarını hazırlamaq üçün ölkəmizdədir. Bakı və Lənkəranın ümumi simasını nümayiş etdirən tanıtım çarxları hər iki şəhər üçün ayrı-ayrı hazırlanıb www.fifa.com web-səhifəsi, eləcədə çempionat oyunlarından əvvəl və fasilələr zamanı televiziya vasitəsilə yayımlanacaq.

Səhifənin yuxarısına keçidYuxarı

Daha çox

Qarabağ FK
Son xəbərlər
topaz banner