FİFA-nın media əlaqəlari üzrə meneceri Monika Huser Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatı ilə əlaqədar Qol.Az saytına eksklüziv müsahibə verib.
Qeyd edək ki, M.Huser dünya çempionatının işıqlandırılmasında məsul şəxslərdən biridir.
- FİFA-nın 17 yaşadək qızlar arasında dünya çempionatını Azərbaycanda keçirmək istəyi hansı zərurətdən irəli gəldi?
- Biz hər zaman FİFA-ya üzv olan bütün federasiyalara öz ölkələrində böyük yarışlara ev sahibiliyi etmək üçün təkliflər vermələrini rica edirik. Mən sizə bu işin qaydasını izah edim. FİFA üzvlüyündə olan federasiyalara qarşıdan gələcək çempionatlar haqda məktub yollayır. Biz onlardan belə bir çempionata ev sahibliyi etməyə maraqlarının olub-olmamağını soruşuruq. Əgər cavab müsbətdirsə, həmin ölkə ilə danışıqlara başlanılır. Həmin ölkənin yarışı keçirmək imkanları buna yola verirsə, danışıqları daha da intensivləşdiririk. Bütün nüanslar nəzərə alındıqdan sonra isə FİFA İcraiyyə Komitəsi çempionatın ev sahibiliyini hansı ölkəyə vermək haqda qərar verir. Biz eyni proseduru AFFA ilə də tətbiq etdik. AFFA-nın çempionatı keçirmək üçün daha böyük təşəbbüs göstərməsi sonda seçimi sizin ölkənizin üzərində etməyimizə gətirib çıxardı.
- Çempionatın keçiriləcəyi stadionların hazırkı durumu oyunları qəbul etməyə tam hazırdırmı? Otellərin, aeroportların vəziyyəti barədə fikirləriniz necədir?
- Bilirsiniz, FİFA dünya çempionatına ev sahibiliyini heç də asanlıqla hansısa ölkəyə vermir. Yəni hər yerindən qalxan bu turniri keçirməyə nail ola bilməz. Sizin dediyiniz stadionlar isə bizim tərəfimizdən dəfələrlə yoxlanılıb. Həmin stadionların çoxu yenidir. Bəziləri isə yenicə təmirdən çıxmış arenalardır. Əgər hər şey FİFA-nın planlarına uyğun davam etsə, həmin stadionlar yarışa qədər daha rahat və gözəl vəziyyətə gətiriləcək. Komandaların, hakimlərin və FİFA nümayəndələrinin məskunlaşacağı otellər isə mükəmməldir. Otellərdən birinin tikintisi davam edir. İnanıram ki, həmin otel tam vaxtında hazır vəziyyətə gətiriləcək. Hava limanındakı şəraitdən isə FİFA məsuliyyətli deyil. Hərçənd ki, cəmi bir neçə həftə əvvəl çempionatın püşkatması ilə bağlı FİFA nümayəndələri və möhtərəm qonaqlar Bakıya gəlmişdilər. Həmin vaxt aeroportla bağlı heç bir problem qeydə alınmamışdı.
- Dünya çempionatının keçirilməsi üçün Azərbaycan dövlətinin və Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın səylərini yetərli hesab edirsinizmi?
- Bəli. Bir daha qeyd edirəm ki, AFFA yarışı keçirmək üçün böyük təşəbbüs göstərir. İndiki məqamda FİFA-nın AFFA ilə çox yaxın əlaqələri mövcuddur. Biz federasiya ilə əməkdaşlıqdan məmnunuq və işbirliyimizi daha da yaxından qurmaq istəyirik.
- Ümumiyyətlə, hazırda FİFA ilə AFFA arasındakı əməkdaşlığın səviyyəsini necə dəyərləndirirsiniz?
- Çox müsbət.
- Çempionatın oyunlarının işiqlandırılması üçün təşkilat komitəsinə dünyanın necə media orqanından müraciət olunub? Oyunların Azərbaycandan əlavə, daha hansı ölkələrdə yayımlanması nəzərdə tutulub?
- Hələlik bu barədə sizə dəqiq bir cavab verə bilməyəcəyəm. Çünki indi media orqanları çempionatı işıqlandırmaq üçün akkreditasiyadan keçirlər. Bunun üçün son tarix avqustun 10-da bitir. Ümumilikdə isə 190 ölkədən yayım şirkəti çempionatın yayım hüququna malikdir. Konkret olaraq hansı ölkələrin yarışı efirdə göstərəcəyi isə danışıqlardan sonra bəlli olacaq.
- Dünya çempionatının açılış və final oyununa FİFA və UEFA prezidentlərinin iştirakı gözlənilirmi?
- FİFA prezidenti Yozef Blatter çempionatın bir neçə oyununda iştirak edəcək. Cənab Blatterlə yanaşı turniri izləməyə bir neçə yüksək vəzifəli qonaq təşrif buyuracaq. Onu da əlavə edim ki, FİFA-dan 150 nəfərlik nümayəndə heyəti Bakıya gələcək.
Ümid AYXAN
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq