“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevin Qol.Az saytına müsahibəsi
- Dünən altı futbolçuyla yolları ayırmaq qərarı verdiniz. Belə radikal addım atmağınız nə dərəcədə doğru idi?
- Təəssüflər olsun ki, “Neftçi”dən gedən oyunçuların çoxusu səviyyəli futbolçular idi. Onların içərisində Rəşad Abdullayev, Slavço Georgiyevskini xüsusi vurğulamaq olar. Ancaq bu futbolçuların klubla müqaviləsi başa çatır. Və “Neftçi”yə təzə qan lazımdır.
- Rəşad Abdullayev mətbuata açıqlamasında “Neftçi”nin ona qarşı atdığı qərarın bir az qaranlıq qaldığını söyləmişdi.
- Sizə bir söz deyim ki, Rəşad Abdullayevin sabah getməyindənsə, bu gün getməsi daha yaxşıdır. Çünki bu futbolçu bekar qalmayacaq. Rəşadın elə potensialı var ki, istənilən komandada çıxış edə bilər.
- Yola saldığınız futbolçuların yerini doldura biləcəyinizi düşünürsünüzmü? Ümumiyyətlə, kimlərisə nəzərinizdə tutmusunuz?
- Açığı, bu haqda fikirləşmirəm. Heç fikirləşmək də istəmirəm. Niyə? Çünki komandada iki nəfər seleksiyaçı məşqçir var. Gedib, tapıb gətirsinlər. Ancaq son sözü mən deyəcəyəm.
- Komandadan yola saldığınız futbolçuların vaxtından qabaq getməsində onların intizamsız davranışlarının da böyük rol oynadığını söyləmək olar?
- Əlbəttə, bu, xüsusi rol oynadı.
- Bu qərar birbaşa sizə aid idi, yoxsa klub rəhbərliyinin istəyi oldu?
- Bizdə birbaşa qərar yoxdu. “Neftçi”də hər şey birlikdə müzakirə olunur. Ondan sonra ortaq məxrəcə gəlinir.
- Deyilənə görə daha iki futbolçu - Rail Məlikov və Mirhüseyn Seyidovun komandadan gedəcəyi gözlənilir.
- Nə vaxt ki, komanda qalib gəlir, hər kəs üzünü mənə çevirərək deyir, biz udduq. Yox, nə vaxt ki, komanda uduzur, hamı Böyükağa Hacıyev uduzduğunu söyləyir. Qaldı ki dediyiniz bu futbolçuların komandadan getməsinə, bu barədə heç nə deyə bilmərəm. Çünki hər şey onların öz əllərindədir. Əgər özlərini yaxşı tərəfdən göstərə biləcəklərsə, oynayacaqlar. Mənim kiminlə nə işim var ki.
- Bəs, Ruslan Abışovun taleyinə necə, hələ aydınlıq gəlməyib? Bu futbolçunun “Neftçi”də qalmasında maraqlısınız?
- Həddindən artıq. Çünki həm futbolçu, həm də bir insan kimi yüksək kefiyyətlərə malikdir. Ondan hansısa çatışmazlıq tapmaq mümkün deyil.
- “Neftçi”nin sükanı arxasına keçən zaman demişdiniz ki, Sadıq Sadıqova söz vermişəm ki, “Neftçi”ni çempion edərək komandadan gedəcəm. İndi məsələ nə yerdə qalıb?
- İlk öncə deyim ki, komandanı çempion etmək mənim üçün problem deyil. Kim istəyir ki, çempion olsun, gəlsin, mənim yanıma. Ən əsas məsələ çempionluğu qoruyub saxlamaqdır.
- Belə söhbətlər gəzir ki, “Neftçi”də əsas işləri Böyükağa Hacıyevin köməkçiləri olan Tərlan Əhmədov və Kamal Quliyev görür. Yəni, çempionluqda daha çox onların əməyi var. Bu barədə nə deyə bilərsiniz?
- İlk öncə sualınıza sualla cavab verim. Nə vaxtdan onlar məşqçi olublar? Əgər bu deyilənlərə Tərlan və Kamal çıxıb mətbuatda, çamaatın sözlərinə öz münasibətlərini bildirməyiblərsə, deməli söz-söhbətlərdə onların da payı var. Gərək, çıxıb cavablarını verərdilər.
Kamal Quliyev hansı futboldan danışır? Futbolçu başqadır, məşqçi başqa. Tərlan Əhmədov neçə illərdi Azərbaycan futbolundadır. İlk dəfədir ki, indi çempion oldu. “Xəzər Lənkəran” klubunda Ağasəlim Mircavadovun yanında niyə çempion eləmədi? Əsgər Abdullayevin yanında “Olimpik” komandasında niyə çempion eləmədi? Kamal Quliyev birinci ildi ki, məşqçilik edir. Demək indidən başlayıb şahlıq iddiasına. Mən çox uzun müddət gözlədim ki, yayılan söhbətlərə münasibət bildirəcəklər. Ancaq çox təəssüflər olsun ki, bunu görmədim.
- Komandanı yenidən komplektləşdirməyə başlamısınız. Transferləri həyata keçirmək üzrə işlər hansı səviyyədə gedir?
- İstədiyimiz futbolçuların komandaya cəlb edilməsi üçün çox möhkəm işlər aparılır. Həmçinin komanda üçün yaxşı psixoloq da tapmışam. Komandayla həmin psixoloq işləyəcək.
- Yəqin ki, transfer edəcəyiniz futbolçular daha çox Latın Amerika ölkələrindən olacaq. Bu belədir?
- Yaxşı futbolçu harda varsa, ordan da gətirəcəyik. Ancaq yəqin ki, Brazilyadan gələcək futbolçular daha çox olacaq.
- Zədə üzündən uzun müddət komandasına kömək edə bilməyən Rodriqinyonun vəziyyəti nə yerdədir?
- Hər şey əla gedir. Brazilyalı yaxın zamanlarda məşqlərə başlayacaq. Rodriqinyonun çıxışını o vaxt görmüşdüm. Sözün düzü, çox xoşuma gəlmişdi.
- Yeni transferlərdən olan Rəşad Sadiqov barədə nə deyərdiniz? Səmimi deyin, Rəşad Sadiqovu makedoniyalı Slavço Georgiyevskidən hansı kompanentlərə görə üstün hesab etdiniz?
- Rəşad hər şeydən öncə azərbaycanlı olduğu üçün “Neftçi”dədir və mentalitetimizi çoxlarından yaxşı bilir. Burada nizam-intizam qaydalarını da vurğulamaq olar.
- Deyilənə görə, “Neftçi”də toxunulmaz oyunçular var.
- Bizim komandada “lyubimçik” futbolçu yoxdur. “Neftçi” ailəsində hər kəsin bir “lyubimçiki” var: o da klubun prezidenti Sadıq Sadıqovdur. Hər birimiz onu səmimi qəlbədən sevirik.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video