"Neftçi" Gedenin gedişini qələbəylə qeyd etdi

"Neftçi" Gedenin gedişini qələbəylə qeyd etdi
PREMYER LİQA 8 Mart 2009 / 19:56 7506
-  A +

Bu gün saat 15.00-dan etibarən Qol.Az saytı Premyer-Liqanın XVII turunun ikinci oyun gününün matçlarından canlı tekst-reportaj yayımladı.


8 mart, bazar

"Simurq" - "Neftçi" 0:2
Zaqatala şəhər stadionu.
Hakimlər: Azad Mütəllimov, Vaqif Musayev, Azad Q.Hüseynov, Ceyhun Haşımov
Qollar: Valentim Atem (40), Suat Usta (50)

Oyun başa çatdı
90.
Hakim oyunun sonuna 4 dəqiqə əlavə etdi.
83. "Simurq"dan Malıginlə Storastyak sarı vərəqə ilə cəzalanırlar.
82. "Simurq"un daha bir epizodda qola yaxın idi. Mazyarın zərbəsi bu dəfə də qapı tirinə dəydi.
81. Elmar Baxşıyevi Nazar Bayramov əvəzlədi.
80. Meydanda futbolçular arasında gərginlik yarandı. "Neftçi"nin eyni zamanda 3 futbolçusu - Ruslan Abışov, Suat Usta, Adrian Nyaqa cəzalandırıldı.
77. "Simurq" ardıcıl iki epizodda qola çox yaxın idi. Mazyar əvvəlcə Miçoviçlə təkbətəkdən yararlana bilmədi. Ukraynalı forvardın ikinci zərbəsi isə qapı dirəyinə tuş gəldi.
75. "Neftçi"nin heyətində daha bir oyunçu dəyişikliyi. Zaur Tağızadənin əvəzinə Joze Karlos meydana daxil olur.
70. "Neftçi" üçüncü qolu vurmağa çox yaxın idi. Lakin Tağızadə əlverişli şansdan yararlana bilmir.
66. "Neftçi"nin heyətində ilk oyunçu dəyişikliyi baş verir. Atemi Samir Əliyev əvəzləyir.
65. Tural Cəlilovun zərbəsi qeyri-dəqiq alındı.
59. "Simurq" hesab arasındakı fərqi artıtra bilərdi. Lakin Elşən Məmmədov cinah ötürməsinə toxuna bilmədi.
53. Bu dəfə də Malıgin kobudluğa görə sarı vərəqəylə cəzalandırıldı. 
51. "Simurq"un qapıçısı Taras Çopik hakimlər mübahisə etdiyinə görə sarı vərəqə ilə cəzalandırıldı.
50. QOL. Suat Usta ikinci qolu "Simurq"un qapısından keçirdi.
47. Aliutanın zərbəsini "Simurq"un qapıçısı Çopik tutdu.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
45. "Simurq"un cərimə zərbəsi təhlükəli alındı. Lakin Miçoviç ikinci cəhddə topu tuta bildi.
40. QOL. Atem "Neftçi"ni hesabda irəli çıxardı.
34. Sergey Artyux uzaqdan qapıya doğru qüvvətli zərbə endirdi. Lakin top çərçivəyə düşmədi.
26. Bu dəqiqələrdə oyunda diqtə edən tərəf "Neftçi"dir. "Simurq" isə arxaya çəkilərək, əks hücumlara bel bağlayır. 
22. "Neftçi"dən Aliuta fərqlənməyə yaxın idi. Lakin onun zərbəsi qapı tirinə tuş gəldi.
21. "Simurq" hesabı açmağa çox yaxın idi. Elşən Məmmədov künc zərbəsindən ötürülən topu başla qapıya göndərsə də, zərbə qeyri-dəqiq alındı

17.
"Simurq" qol vursa da, hakim Sergey Artyuxun ofsaytda olduğunu bildirərək, qolu hesaba almadı.
16. "Simurq"un heyətində Sergey Artyux sarı vərəqəylə cəzalandırılır.
10. Mübarizə əsasən meydanın mərkəzində gedir.
1. "Neftçi" ilk dəqiqədəcə hesabı aça bilərdi. Zaur Tağızadənin zərbəsi qeyri-dəqiq alındı.
Zaur Tağızadə uzun müddətlik fasilədən ilk dəfə start heyətində yer alır.  
Oyun başladı.


"Standard" - "Karvan" 2:0
Bakı. “Şəfa” stadionu.
Hakimlər: Rövşən Əhmədov, Rauf Məmmədov, Samir Hacıyev, Rauf Cabbarov
Qollar: Dan Pisla (34), Qutyeres (57)

Oyun başa çatdı
85. "Standard" üçüncü qolu vura bilərdi. Lakin Kovalyov Camal Məmmədovun sevinməsinə imkan vermədi.
77. Oyunun tempi çox aşağı düşüb.
70. "Karvan" topa daha çox nəzarət etsə də, komanda təhlükəli hücum qurmaqda çətinlik çəkir.
57 . QOL. Qutyerese ikinci qolu "Karvan"ın qapısından keçirdi.
55. Topa daha çox "Karvan" nəzarət edir. Yevlaxlılar hesabı bərabərləşdirməyə çalışdığı halda, "Standart" arxaya çəkilərək rəqibi əks hücumda nyaxalamaq istəyir.
46. İkinci hissəyə qonaqlar fəal çaşlayıblar. Namiq Əliyevin zərbəsini Hüseyn Məhəmmədov tutdu.

İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
40
. Qonaqlar hesabı bərabərləşdirməyə çalısalar da, "Standart"ın arxa xətti səhvsiz oynayır. 
34. QOL. Dan Pisla hesabı açdı. "Standart" irəlidədir.
24. Meydan sahiblərindən Rikelme hesabı aça bilərdi. Lakin zərbəsi dəqiq alınmadı.
20. Alim Qurbanov qapıya qüvvətli zərbə endirsə də, "Standart"ın qapıçısı Hüseyn Məhəmmədov topu tutdu.
12. Meydan sahibləri ilk düşünülmüş hücumunu təşkil etdi. Lakin Dan Pisla topa istədiyi kimi zərbə vura bilmədi.
5. İlk dəqiqələrdən "Karvan" oyuna daha fəal başlayıb. Lakin yevlaxlılar hələ rəqib qapısı qarşısında real qol epizodu yarada bilməyib.
Oyun başladı.

"Muğan" - "Xəzər-Lənkəran" 1:3
Salyan şəhər stadionu
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, İsgəndər Əliyev, Anar Niyazov
Qollar: Vladimir Tsaranu (66) - Konstantin Cambazov (15), Klaudi Radukanu (50), Devran Ayhan (53)

Oyun başa çatdı.
90.
Radukanu qapıçı ilə təkbətək çıxsa da, topu qapıya göndərə bilmədi. 
87. "Xəzər-Lənkəran" dördüncü qolu vura bilərdi. Lakin Juninyonun qüvvətli zərbəsini "Muğan"ın qapıçısı qaytara bildi.
80. "Muğan" ikinci qolu vurmağa yaxın idi. Lakin İsaak Puponun zərbəsi qapıdan bir qədər aralı keçdi.
74. "Muğan" hesab arasındakı fərqi bir qədər də azaltmağa çalışır. Lakin "Xəzər-Lənkəran"ın müdafiəçiləri bu dəqiqələrdə səhvsiz oynayırlar.  
66. QOL. Nəhayət "Muğan" da qol vura bildi. Vladimir Tsaranu fərqləndi.
60. "Xəzər-Lənkəran"ın heyətində dəyişiklik. Qapıçı Dmitri Kramarenkonun əvəzinə meydana Ramiz Kərimov daxil olur.
53. QOLL. Hesab artıq 3:0 "Xəzər-Lənkəran"ın xeyrinədir. Devran Ayhan fərqləndi.
50. QOL. "Xəzər-Lənkəran" ikinci hissəyə qolla başladı. 3 futbolçunu aldadan Mario Souza Radukanuya dəqiq ötürmə verdi. O isə topu qapıçının yanından tora göndərdi - 2:0.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
43. "Muğan" qapısı qarşısında daha bir qol epizodu yaşandı. Ceyhun Sultanovun küncə zərbəsindən ötürdüyü topu Todorov başla qapıya göndərsə də, zərbəsi qeyri-dəqiq alındı. 
37. "Xəzər-Lənkəran" daha bir qol şansını boşa verdi. Bu dəfə Radukanu Ahmet Dursunun ötürməsini qola çevirə bilmədi.
33. "Muğan" hesabı bərabərləşdirə bilərdi. Lakin Aqşin Ömərov rəqib qapıçının səhvindən sonra, əlverişli imkandan yararlana bilmədi. 
28. Hesabda irəlidə olmasına baxmayaraq, "Xəzər-Lənkəran" hücumlarını davam etdirir. "Muğan" isə arxaya çəkilib, rəqibi əks hücumda yaxalamaq istəyir.
21. "Xəzər-Lənkəran" ikinci qolu vurmağa çox yaxın idi. Lakin Ahmet Dursun Göksal Akıncının gözəl ötürməsini 3 metrdən qapıya göndərə bilmədi.
 
15. QOL.
"Xəzər-Lənkəran" 1:0 irəlidədir. Qolu cənubluların bolqar legioneləri təşkil etdi. Todorovun künc zərbəsindən ötürdüyü topu Cambazov başla qapıdan keçirdi.
11. Oyunun ilk dəqiqələri bir qədər sakit keçir. Mübarizə əsasən meydanın mərkəzində gedir.
Oyun başladı.
                                                          ***
"Xəzər-Lənkəran" oyuna bir qədər zəif heyətlə çıxıb. İvan Svetkov, Juninyo və Fatih Sonkaya kimi əsas heyət üzvləri start heyətində yer almayıblar. Ahmet Dursun isə ilk dəqiqələrdən meydandadı.



7 mart, şənbə

"Bakı" - "Qarabağ" 2:0
Bakı. T.Bəhramov adına Respublika stadionu
Hakimlər: Babək Quliyev, Ramiz Əsədov, Orxan Məmmədov, Əfqan Həmzəyev
Qollar: Amiran Muciri (66), Batista (85)

Oyun başa çatdı.
91. "Bakı" üçüncü qolu vura bilərdi. Lakin Ramimin zərbəsi qapıdan azca aralı keçdi.
89. Artim Şakirinin cərimə zərbəsi qapının üstündən keçdi.
88. "Bakı" meydanda azlıqda qaldı. Baçev əllə oyuna görə ikinci sarı və avtomatik olaraq, qırmızı vərəqə aldı.
85. QOLLL. 2:0 Batista qapıya qarşısıalınmaz zərbə endirdi.  
82. "Qarabağ"ın heyətində sonuncu oyunçu dəyişikliyi. Ramazanini Şakiri əvəzləyir.
81. Stanislav Baçevlə ("Bakı") Sedat Sahini ("Qarabağ") mübahisə etdiklərinə görə sarı vərəqə ilə cəzalandılar. 
80. Savinov künc zərbəsində ötürülən topu başla qapıya göndərsə də, Fərhad Vəliyev topu tuta bildi.   
76. "Bakı"nın heyətində sonuncu əvəzetmə oldu. Aleksandr Tomaş Georgi Adamiyanın əvəzinə meydana daxil oldu.
75. "Qarabağ"ın heyətində daha bir oyunçu dəyişikliyi baş verir. Emin İmaməliyevi Nidal Fərhadoviç əvəzlədi. 
69. "Qarabağ"ın heyətində ilk oyunçu dəyişikliyi baş verdi. Maksim Medvedyevi Sedat Sahini əvəzlədi.
66. QOLLL. Amiran Muciri hesabı açdı. Fərhad Vəliyev kobud səhvə yol verdi.
64. "Bakı"nın heyətində ikinci oyunçu dəyişikliyi baş verir. Coko Haciyevski Mahmud Qurbanovun əvəzinə Əhməd Ticanini buraxdı.
62. Admir Telli cərimə zərbəsindən ötürülən topu başla qapıya göndərsə də, Sissoko səhvsiz oynadı.
61. "Bakı"nın heyətində Vadim Borest sarı vərəqə ilə cəzalanır.
58. "Qarabağ" da rəqibinə borclu qalmır. Vaqif Cavadovun cərimə zərbəsi qapının üstündən keçdi
57. Fernando Peresin zərbəsini Fərhad Vəliyev tutdu.
52. Fabio Luis Ramim cərimə zərbəsindən qapıya qüvvətli zərbə endirsə də, Fərhad Vəliyev yenə də keçilməzdir.
46. "Bakı"nın heyətində dəyişiklik. Fabio Luis Ramim meydana daxil oldu. O Cəmşid Məhərrəmovu əvəzləyib. 
Komandalar meydana çıxarkən, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov baş hakim Babək Quliyevə narazılığını bildirirdi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
45.
Zaur Ramazanovun zərbəsini Sissoko tutdu.
45. "Qarabağ"ın heyətində Ramazani sarı vərəqə ilə cəzalanır.
43. "Bakı" təhlükəli mövqedən cərimə zərbəsi vursa da, top canlı səddən geri dönür.  
36. Zaur Ramazanov hakimin qərarına narazılıq etdiyinə görə, sarı vərəqə ilə cəzalandırıldı.
36. "Bakı" daha bir real qol şansını qaçırdı. Peres qapıçıyla təkbətək çıxsa da, Fərhad yenə də komandasını qoldan xilas etdi.  
31. Georgi Adamiyanın qüvvətli zərbəsi qapı tirinə dəyir.
27. Maksim Medvedyevin cərimə meydançasına ötürməsi təhlükəli alınsa da, Sissoko ikinci cəhddə topu tuta bildi. 
25. "Bakı" daga bir şansı boşa verdi. Mucirinin zərbəsini Fərhad tuta bildi.
24. Emin İmaməliyevin yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alındı. Lakin Sissoko topun tutdu.
22. Bu dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində gedir. Qapılar qarşısında təhlükəli epizod yoxdur.
16. "Qarabağ"ın heyətində Elnur Allahverdiyev əllə oyuna görə sarı vərəqə ilə cəzalanır.
12. "Bakı" hesabı açmağa çox yaxın idi. Lakin "Qarabağ"ın qapıçısı Fərhad Vəliyev Batistanın zərbəsinə möhtəşəm reaksiya verdi.
10. Batista qapıçı ilə təkbətək çıxa bilərdi. Lakin hakim oyundan kənar vəziyyət qeydə alır. 
7. "Bakı" oyunda ilk zərbəsini endirir. Boretsin zərbəsini Fərhad Vəliyev tutur.
4. Vaqif Cavadovun cərimə zərbəsini Sissoko tutdu.
Oyun başladı.

"Turan" - MOİK 3:0
Tovuz. Şəhər stadionu
Hakimlər: Elçin Məmmədov, Habil Əliyev, Emil İsgəndərov, Samir Hüseynov
Qollar: Vüsal Qarayev (39), Viktor İbekoyi (44), Nadir Nəbiyev (61) 

Oyun başa çatdı.

88. İbekoyinin zərbəsi təhlükəli alınsa da, top çərçivəyə düşmədi.
85. "Turan"ın kapitanı daha bir şansı boşa verdi. Nadirin budəfəki zərbəsi qapının yanından keçdi.
76. Nadir Nəbiyevin zərbəsi təhlükəli alınsa da, top qapının üstündən keçdi.
64. "Turan" hesab arasındakı fərqi artıra bilərdi. Lakin Asəf Qədirinin zərbəsi qapı dirəyinə dəyir.
61. QOL. Nadir Nəbiyev fərqləndi - 3:0.
58. "Turan" üçüncü qolu vurmağa yaxın idi. Lakin İbekoyinin zərbəsi qapının üstündən keçdi.
50. İkinci hissə bir qədər sakit tempdə başlayıb.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
44. QOL. Viktor İbekoyi hesab arasındakı fərqi artırır - 2:0.
42. Qoldan ruhlanan meydan sahibləri daha çox irəli atılırlar. MOİK isə müdafiə olunur.  
39. QOL.Vüsal Qarayev meydan sahiblərini hesabda önə keçirdi.  
37. MOİK əks-hücumda rəqibini yaxalayır. Lakin İzzətəli Süleymanov qol şansını qaçırır.  
31. "Turan" hesabı açmağa yaxın idi. Lakin Nadir Nəbiyevin zərbəsi qapının üstündən keçdi.  
26. Oyun çox sakit məcrada keçir. Mübarizə əsasən mərkəzdə getdiyindən, qapılar qarşısında təhlükəli epizod yoxdur.
10. İlk dəqiqələrdən meydan sahibləri üstün görünür. "Turan" topa daha çox nəzarət edir.
Oyun başladı.


"Qəbələ" - "İnter" 0:1 
Qəbələ şəhər stadionu.
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Əliyar Ağayev, Rasim Məmmədov
Qol: Valter Quqlemon (32)

Oyun başa çatdı.
86.
Xaqani Məmmədov hesab arasındakı fərqi artırdı. Lakin hakim oyundankənar vəziyyət qeydə alaraq, qolu hesaba almır.
74. Bu dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində gedir.
67. "Qəbələ" hücumlarını davam etdirir. Kənan Kərimov daha bir şansı boşa verdi.
61. "İnter"dən Quqlemon sarı vərəqə ilə cəzalandırılır.
59. "Qəbələ" hesabı bərabərləşdirə bilərdi. Lakin Kənan Kərimovun zərbəsi qeyri-dəqiq alındı.
50. Meydan sahibləri birinci hissənin sonunda olduğu kimi, yenə də hesabı bərabərləşdirməyə çalışırlar. Lakin "İnter"in arxa xətti sayıqlığı itirmir.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
43.
Qapısında qol gördükdən sonra "Qəbələ" hesabı bərabərləşdirməyə çalışır. Lakin "İnter"in arxa xətti səhvsiz oynayır. 
32. QOL.Valter Quqlemon hesabı açdı. "İnter" 1:0 irəlidədir.  
31. "İnter"dən Oleq Şişkin hakimlə mübahisə etdiyinə görə, sarı vərəqə ilə cəzalandırılır. 
30. "İnter" daha çox hücum edir. Lakin "Qəbələ"nin müdafiəçiləri süni oyundankənar vəziyyət yaradaraq, rəqib hücumlarının qarşısını alırlar.
24. Oyun qarşılıqlı hücumlar şəraitində keçir. Hər iki komanda açıq futbola üstünlük verir.
19. "İnter"dən Oleq Şişkin hesabı aça bilərdi. Lakin onun zərbəsi qeyri-dəqiq alındı.
13. Oyun çox sakit başlayıb. Mübarizə əsasən meydanın mərkəzində gedir.  
Oyun başladı.

"Olimpik" - "Bakılı" 4:0 
Bakı. “Şəfa” stadionu
Hakimlər: Elçin Səmədli, Aleksandr Musatkin, Azad Ə.Hüseynov, Hacıəli Ağayev
Qollar: Leandro Qomeş (8,10,87), Junivan Suares (60)

Oyun başa çatdı.
90. Qomeş poker etməyə yaxın idi. Lakin hücumçunun baş zərbəsi qapı dirəyinə dəydi.
87. QOL. 4:0. Qomeş het-trikini rəsmiləşdirdi.
75. Qoqoberişvilinin zərbəsi qapının üstündən keçdi.
66. 3:0 irəlidə olmasına baxmayaraq, "Olimpik" yenə də hücum edən tərəfdir.
60. QOL. "Olimpik" artıq 3:0 irəlidədir. Junivan Suares fərqləndi.
52. Ramin Quliyevin zərbəsi dəqiq alınsa da, "Bakılı"nın qapıçısı topu tuta bildi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
42.
Abdulkadir Özün cərimə zərbəsindən vurduğu top təhlükəli alına bilərdi. Lakin Mehdiyev səhvsiz oynayır.
35. Junivan Suaresin təhlükəli zərbəsi qapının üstündən keçir.
32. Elşən Qəmbərov hesab arasındakı fərqi azaltmağa yaxın idi. Lakin zərbəsi qeyri-dəqiq alındı.
27. "Bakılı" ilk təhlükəli hücumunu qurur. Lakin "Olimpik"in qapıçısı Rauf Mehdiyev qonaqların sevinməsinə imkan vermir.
18. Junivan hesab arasındakı fərqi artıra bilərdi. Lakin braziliyalının zərbəsi qeyri-dəqiq alınır.
10. QOL. Yenə də Leo fərqləndi. "Olimpik" artıq 2:0 irəlidədir.
8. QOL. Leandro Qomeş hesabı açdı. 
Oyun başladı.

TURNIR CƏDVƏLİ 

KOMANDALAR O Q H  M  T-F  Xal
1. "Bakı" 17 13 2 2 39-6 41
2. "İnter" 17 12 4 1 32-9 40
3. "Simurq" 17 11 4 2 25-12 37
4. "Xəzər-Lənkəran" 17 11 3 3 33-13 36
5. "Olimpik" 17 9 4 4 22-12 31
6. "Qarabağ" 17 9 3 5 23-18 30
7. "Karvan" 17 8 8 7 20-16 26
8. "Standard" 17 8 2 7 16-17 26
9. "Neftçi" 17 5 5 7 15-13 20
10. "Qəbələ" 17 5 4 8 19-15 19
11."Bakılı" 17 2 3 12 11-43 9
12. "Muğan" 17 2 2 13 12-34 8
13. "Turan" 17 1 4 12 7-33 7
14. MOİK 17 1 2 14 8-38 5

 


Son xəbərlər