"Neftçi" "Qarabağ"la matçda hesabda öndə - Yenilənir

"Neftçi" "Qarabağ"la matçda hesabda öndə - Yenilənir
PREMYER LİQA 17 Oktyabr 2026 / 20:07 8368
-  A +

Misli Premyer Liqasında 8-ci tur davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun günüə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.

Əvvəlcə “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Görüş "Sabah"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi matçında isə "Qarabağ" "Neftçi" ilə üz-üzə gəlir. Hazırda hər iki komandanın 16 xalı var. Paytaxt klubu topların daha yaxşı fərqinə görə birinci, Ağdam klubu isə üçüncü yeri tutur. 

Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. 

Misli Premyer Liqası, 8-ci tur

17 oktyabr (şənbə)

19:00. “Qarabağ” - “Neftçi” - 1:2 (İkinci hissə)

Qol: Qustavo Klisman, 11 (0:1), Aleksey Kaşuk, 18 (1:1), Qustavo Klisman, 34 (1:2)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev, Əli Əliyev (VAR), Pərvin Talıbov (AVAR)
Tofiq Bəhramov adına Respublika Stadionu

16:00. “Qəbələ” - “Sabah” - 0:4 

Qollar: Abdula Xaybullayev, 45+1, Aleksey İsayev, 74, Coy Lens Mikels, 88, Aleksey İsayev, 90+3
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov, Rəşad Əhmədov (VAR), Rahil Ramazanov (AVAR)
Qəbələ şəhər stadionu

18 oktyabr (bazar)

15:00. “İmişli” - “Turan Tovuz”

18:30. “Kəpəz” - “Zirə”

16 oktyabr (cümə)

“Şamaxı” - “Şəfa” - 3:2

“Sumqayıt” - “Araz-Naxçıvan” - 2:1 

Bombardirlər:

Breno Almeyda ("Neftçi") - 7 qol

Coy-Lens Mikels ("Sabah") - 5 qol

Aleksey Kaşuk ("Qarabağ") - 4 qol

Ağadadaş Salyanski (“Araz-Naxçıvan”) - 3 qol

Rikardo Apolinario (“Şamaxı”) - 3 qol

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner