Azərbaycan millisinin qapıçısı Türkiyə klubunda

Azərbaycan millisinin qapıçısı Türkiyə klubunda
DÜNYA FUTBOLU 27 Avqust 2026 / 18:42 658
-  A +

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin qapıçısı Mehriban Şahməmmədova karyerasını Türkiyədə davam etdirəcək.

QOL.az xəbər verir ki, millimizin üzvü Türkiyənin 1-ci Liqasında çıxış edən “Kocaeli” klubuna transfer olunub. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Bu barədə Türkiyə təmsilçisi məlumat yayıb.

Xatırladaq ki, Mehriban Şahməmmədovanın son klubu Türkiyənin ALG komandası olub. O, 2024-cü ildən Azərbaycan millisində çıxış edir.


Qarabağ FK
Son xəbərlər
topaz banner