"Sabah" - "Hapoel" matçına nə qədər bilet satılıb?

"Sabah" - "Hapoel" matçına nə qədər bilet satılıb?
ÇEMPİONLAR LİQASI 21 Avqust 2026 / 15:20 1480
-  A +

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva) cavab oyununa maraq böyükdür.

QOL.az "Sabah"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq matç üçün 15 min bilet satılıb.

Oyun avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlanacaq.

Xatırladaq ki, tərəflər arasında Buxarestdə keçirilən ilk oyun İsrail klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
20.08.26  13:58

La Liqada 400-cü oyun

topaz banner