Misli Premyer Liqasının 1-ci turunda "Şəfa” üzərindəki qələbədən (2:0) sonra “Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
- Oyun gərgin keçdi. Bilirdik ki, rəqib mübarizəyə köklənmiş olacaq. Avrokubok oyunlarından sonra psixoloji cəhətdən yaxşı vəziyyətdə deyildik. Qarşımızda "Zirə"ni ən yaxşı tanıyan məşqçi var idi. O, komandamızda 7 il çalışıb. Bu, hiss olunurdu. Futbolçularımı təbrik edirəm.
- Qol vəziyyətlərindən istifadə problemi həll olunub?
- Bu, "Zirə"də mənim 7-ci ilimdir. Çoxlu qol epizodu yaradıb məğlub olduğumuz oyunu xatırlamıram. Amma “Payde” ilə matçda belə oldu. Futbolçu karyeramda da belə hallar yaşanıb. Hamımız məyus olmuşduq. Bu gün isə daha dəqiq oynadıq. Ümid edirəm, hər şey düzələcək.
– Bu rəqibə qarşı iki qol vura bildiniz.
- "Şəfa’ya qarşı oynamaq "Payde"yə qarşı oynamaqdan daha çətindir. Orada hər 5-8 dəqiqədən bir qol epizodu yaradırdıq, bu dəfə belə olmadı. Oyunda rəqibdən üstün olduğunuz zaman əks-hücumlar təhlükəli olur. Müdafiəyə də diqqət yetirmək lazımdır.
– Deyəsən, hakimlikdən yenə narazı idiniz.
- Xeyr (gülür). Nəticəyə təsir edən səhvlər olmadı. Meydandan kənarda olanda insan daha aqressiv olur.
– İssa Cibrilla meydanda olanda “Zirə” ötən mövsüm məğlub olmamışdı. Bu mövsüm komanda fiziki cəhətdən daha yaxşı hazırlaşıb?
- O, çox az oynayıb. Maraqlı statistikadır, buna heç diqqət yetirməmişdim. İssaya güvənirik, hücumlarımızı onun üzərindən qururuq. Rotasiyalar olacaq. O da öz üzərində daha çox çalışır.
– Eren Aydından razısınız?
- Onun mikrotravması var idi, amma tam fədakarlıqla oynadı və gözəl qol vurdu. Bu gün qol vurdu, “Payde” ilə oyunda isə iki dəfə zərbəsi dirəyə düşmüşdü.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı