Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Vladimir Brajko “Qarabağ”a uduzaraq avrokuboklarla vidalaşmalarını şərh edib.
QOL.az xəbər verir ki, futbolçu “Qarabağ”a qarşı Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda 0:2 hesablı məğlubiyyətdən sonra klubun mətbuat xidmətinə açıqlama verib:
“Hazırda yalnız mənfi emosiyalar keçirirəm. Təəssüf ki, bizim üçün bu avrokubok mövsümü başa çatdı. Çox çətin oyun idi. Çox səhvə yol vermədik, amma qollar buraxdıq.
İlk 30 dəqiqə çətin keçdi. İkinci hissədə isə oyunun gedişini bir qədər dəyişdik, imkanlar yaratdıq. Mənim də şansım oldu və bundan yararlana bilməmək çox pisdir. Özümü günahkar hiss edirəm və məsuliyyəti üzərimə götürürəm. Buna görə də azarkeşlərdən üzr istəyirəm. Heç bir bəhanə yoxdur. Əgər qol vursaydım, hər şey başqa cür ola bilərdi.
Baş verənləri təhlil etməli, həmçinin çempionata köklənməliyik. Çünki bazar günü “Kolos”la oyun var. Əlbəttə, çox məyusuq, amma həm şəxsən mən, həm də ümumilikdə komanda inkişaf etməlidir. Ümid edirəm ki, gələn il daha yaxşı olacaq".
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video