"Üç real qol imkanımız oldu. Amma ola bilsin ki, uğursuzluq oldu deyə, fürsətlərdən yararlana bilmədik".
QOL.az xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"a 0:2 hesabı ilə məğlub olan Ukraynanın "Dinamo" klubunun baş məşqçisi İqor Kostyuk deyib. O, matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
- "Qarabağ" nəyi dəyişdi ki, nəticə fəqli oldu?
- "Qarabağ" bütün imkanlardan maksimum yararlandı.
- Marko Yankoviçin səhvindən sonra komandanızın futbolçusu əla epizoddan istifadə edə bilmədi. Buna sərt reaksiya verdiniz...
- İkinci hissə təşəbbüs bizdə idi. Üç real qol imkanımız oldu. Amma ola bilsin ki, uğursuzluq oldu deyə, fürsətlərdən yararlana bilmədik.
- "Qarabağ"a qarşı hava toplarından daha çox istifadə edirdiniz. Bu, "Qarabağ"ın hava toplarında zəif olması ilə əlaqədar idi, yoxsa başqa variantınız yox idi?
- Komanda ilk dəqiqələrdə daha çox aqressiv oynayırdı. Topu nəzarətdə saxlamağa çalışırdıq. Daha çox Ponomarenkaya güvənirdik. Əlimizdən gələni edirdik ki, topa nəzarət bizdə olsun.
"Kəpəz"də yeni müqavilə
"Araz-Naxçıvan"a qayıtdı
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı