AFFA-nın təşkilatçılığı ilə ilk dəfə olaraq ölkəmizdə keçirilən UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarının ilkin mərhələsi davam edir. Qol.Az-ın məlumatına görə, isveçrəli mütəxəssis Frits Şmidin rəhbərlik etdiyi kursların bu mərhələsinə yüksək səviyyəli futbolda müasir tələblər, koordinasiya, sürət, güc, partlayışlı güc, dözümlülük, bərpa, reabilitasiya, zədələrə qarşı profilaktika və qidalanma mövzuları daxildir. UEFA-nın Pro kateqoriyalı lisenziya kursları ilə bağlı məşqçilər də bütün bunlardan məmnundurlar.
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev bu kurs məşqçilər üçün nəzərdə tutulmuş seminarların ən yüksək nöqtəsi sayır: “Seminar olduqca maraqlı keçir. Gücə, sürətə, dözümlülüyə dair bir çox maraqlı informasiyalar əldə edirik. Əvvəllər, Rusiyada, Ukraynada bir neçə kurslarda iştirak etmişəm. Ancaq etiraf edim ki, bu, iştirak etdiyim ən yaxşı kurslardan biridir. İsveçrədən dəvət olunmuş mütəxəssis bugünkü günün tələblərinə uyğun kurslar keçir. Bundan sonra taktikaya və psixologiyaya aid seminarlarımız olacaq”.
“Neftçi” klubunun baş məşqçisi Arif Əsədov Pro kateqoriyalı seminarın keçirilməsində böyük əməyi olan AFFA rəhbərliyinə öz minnətdarlığımı bildirib: “Biz məşqçilər Pro kateqoriyasına yiyələnmək üçün artıq ölkə xaricində deyil, elə öz vətənimizdə təhsil ala bilərik. Seminara çox güclü mütəxəssis rəhbərlik edir. İlk gündən bunu hiss edirik. İşinin peşəkarıdır. Həm nəzəri, həm də praktiki məsələlərdə öz fikrini bizə çatdırır. Səhər məşqlərində əsasən nəzəri, günortadan sonra isə praktiki hazırlığa üstünlük veririk. Onun göstərdiyi tapşırıqları yerində yerinə yetiririk”.
Təcrübəli məşqçilərimizdən olan Yaşar Vahabzadə də həmkarlarının fikri ilə razıdır: “Bu kursları Azərbaycanda təşkil etdiyinə görə AFFA rəhbərliyinə təşəkkür edirəm. Əvvəllər bu kursları keçmək üçün ölkə xaricinə yollanmalı olurduq. İndiyədək keçdiyimiz seminarın əsas mövzusu fiziki hazırlığın təşkil olunmasına yönəlib. Burada öyrəndiyimiz təcrübəni məşqlər zamanı futbolçulara öyrətməliyik. Seminarın təşkilindən və səviyyəsindən də son dərəcə razıyam”.
Yuxarı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi
İngiltərə millisinin məşqləri xüsusi mühafizə ediləcək
Əzmkar qələbə ilə 1-ci liqada qaldılar
Mövsümün ən yaxşısı seçildi
La Liqa klubunda baş məşqçi ayrılığı
Niderland millisi DÇ-2026-ya bu heyətlə yollanır
2-ci liqa uğrunda pley-off görüşünün vaxtı müəyyənləşdi
"Neftçi"yə qayıtdı - Rəsmi
"Şəfa" ev oyunlarını bu stadionda keçirəcək
Mourinyodan Arda Güler qərarı
"Turan Tovuz" onunla müqaviləni uzatdı
"Atletiko"dan "Barselona"nın təklifinə rədd cavabı
Almaniya Superkuboku oyununun vaxtı məlum oldu
"Şəfa" baş məşqçisi ilə yolları ayırıb - Klubdan açıqlama
Kasper Şmeyxel karyerasını başa vurdu
"Kəpəz" Rəhman Hacıyevlə müqaviləni uzatdı
ABŞ millisinin DÇ-2026 heyəti
Niderlandlı hücumçu "Roma"da qaldı - Rəsmi
Rafael Benitezi o əvəzlədi
Onlar da DÇ-2026 üçün yekun heyəti açıqladılar
“Real”da seçki günü müəyyənləşdi
Nə Arteta, nə də Qvardiola - İlin məşqçisi Lempard oldu
Modriç DÇ-2026-dan sonra keriyerasını başa vuracaq
Türkiyə millisinin üzvü "Borussiya"dan getdi - Rəsmi
"Şamaxı"da 8-ci ayrılıq
Haaland hamını geridə qoydu
"Barselona"nın yetirməsi klubdan gedə bilər
Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq
Panama millisinin DÇ-2026 üçün yekun heyəti
İkardi vətəninə qayıdır?
Premyer Liqada heç bir matçı buraxmadı
İtaliya A Seriyasında antirekorda imza atdı
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Baş məşqçidən sonra onlar da klubdan getdi
"Sabah" qapıçısı ilə müqaviləni yenilədi
"Trabzonspor" Şimanskini transfer edə bilər
"Çelsi" futbolçusundan narazıdır