Amerika Kubokunun iyulun 1-də veriləcək startı öncəsi 8 futbolçu Meksika milli komandasından kənarlaşdırılıb. Qol.Az-ın məlumatına görə, bunlar İsrael Ximenes, Nestor Vidrio, Conatan Dos Santos, Marko Fabian, Xorxe Ernandes, Xavyer Kortes, David Kabrera və Nestor Kalderondur.
Oyunçuların hər birinə 6 aylıq diskvalifikasiya və 4170 dollar cərimə tətbiq olunub. Onlar idman rejimini pozmaqda ittiham olunurlar. Futbolçular ötən şənbə səfərdə Ekvadorla keçirdikləri yoldaşlıq görüşü öncəsi qaldıqları otelə yüngül əxlaqlı qadınlar gətiriblər. Həmin qadınlar isə xidmətlərini başa vurduqdan sonra onların qiymətli əşyalarını oğurlayaraq gediblər. Məsələyə polisin müdaxiləsindən sonra futbolçuların paxırları üzə çıxıb.
Qeyd edək ki, bir müddət öncə keçirilmiş "Qızıl Kubok" turnirində Meksikanın daha 5 futbolçusu dopinq-testdən keçə bilmədikləri üçün millidən kənarlaşdırılmışdı.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi