"Sumqayıt"da itki - 9 ay oynamayacaq

"Sumqayıt"da itki - 9 ay oynamayacaq
ÖLKƏ FUTBOLU 12 İyun 2026 / 13:00 593
-  A +

 “Sumqayıt"ın müdafiəçisi Kənan Feyziyev əməliyyat olunub.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Misli Premyer Liqasının 32-ci turu çərçivəsində “Zirə” ilə matçda zədələnən gənc oyunçunun Türkiyədə baş tutan əməliyyatı uğurlu keçib.

Qeyd edək ki, ön çarpaz bağ və menisk əməliyyatı keçirən Kənan Feyziyevin 6-9 ay sonra yaşıl meydanlara dönüşü gözlənilir.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner