"Qəbələ" Misli Premyer Liqasının 32-ci turunda səfərdə "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Bu gün yaxşı oynadıq. Birinci hissədə sonluqlarla bağlı problem yaşayırdıq. İkinci hissədə standart vəziyyətdən qol buraxdıq. Bundan sonra da yaxşı oyun göstərməyə davam edirdik. İki qol vurduq. Daha çox qol vura bilərdik. Bu oyunda çox müsbət məqamlar gördüm. Matç turnir cədvəli baxımından demək olar ki, heç bir əhəmiyyət kəsb etmirdi. Buna baxmayaraq futbolçular qarşılaşmaya kökləndilər və sona qədər mübarizə apardılar.
- Müsbət məqamlar deyəndə nəyi nəzərdə tutursunuz?
- Oyunu. Çox baxımlı oynadıq. Komanda hesabda geri ola-ola qələbə qazandı. Bu da pozitiv məqamdır.
- Pley-offda rəqibiniz "Səbail" və ya "Mingəçevir" olacaq. Rəqibləri təhlil etmisinz? Düşünmürsünüz ki, "Qəbələ" rahat qələbə qazanacaq?
- Bütün rəqiblərə hörmətlə yanaşırıq. Hansısa oyunu rahat hesab edə bilmərik. Əlbəttə ki, hazırlaşırıq. Məşqçilər heyəti olaraq potensial rəqiblərin oyunlarına baxırıq. Amma futbolçular yox. Onlar qarşıdakı "Şamaxı" ilə matça hazırlaşırlar.
- Klubla 1 illik müqaviləniz var. "Qəbələ"də qalsanız, necə komanda qurmağı düşünürsünüz?
- Hazırda yalnız ayın 28-də keçiriləcək pley-off matçını fikirləşirəm.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov