Türkiyə Superliqasında "Qalatasaray" - "Fənərbaxça" derbisi qalmaqalla yadda qalıb.
QOL.az xəbər verir ki, meydan sahibləri 1:0 öndə olarkən 62-ci dəqiqədə penalti qazanıblar və bu an gərginlik pik həddə çatıb. Daha əvvəl sarı vərəqəsi olan "Fənərbaxça"nın qapıçısı Ederson hakimin qərarına kəskin etiraz edib. Bu hərəkət penaltinin yerinə yetirilməsini ləngitmək cəhdi kimi qiymətləndirilib və o, ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Meydandan kənarlaşdırılma ilə nəticələnən bu qərar təcrübəli qapıçını daha da qəzəbləndirib. Yayımlanan kadrlarda hakim və qapıçı arasında fiziki təmasın olduğu, hətta tərəflərin bir-birinə başla zərbə endirməyə çalışdığı görünüb. Futbolçunun qəzəbi fit çalındıqdan sonra da bitməyib. Braziliyalı qapıçı tunelə yollanarkən VAR monitoruna güclü zərbə endirməsi ilə oyunçuları, rəsmiləri və azarkeşləri təəccübləndirib.
Qeyd edək ki, matç isə "Qalatasaray"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi