15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi oktyabrın 16-dan 18-dək Bakıda təlim-məşq toplanışı keçirib.
QOL.az AFFA-nın saytna istinadən xəbər verir ki, hazırlıq prosesini başa vuran millimiz UEFA İnkişaf Turnirində iştirak etmək üçün Maltaya yollanacaq. Oktyabrın 19-dan 27-dək davam edəcək turnir çərçivəsində komandamız üç oyun keçirəcək.
Millimiz ilk oyununu oktyabrın 21-də Latviya yığmasına qarşı keçirəcək. Bakı vaxtı ilə saat 12:00-da başlayacaq görüş "Sentineri" stadionunda təşkil olunacaq.
Komandamız oktyabrın 23-də saat 15:30-da Malta, oktyabrın 26-da isə eyni saatda Litva yığması ilə qarşılaşacaq. Hər üç oyun "Sentineri" stadionunda olacaq.
Turnirdə iştirak edəcək millimizin heyəti isə aşğıdakı kimidir:
Sirac Quluzadə (“Qarabağ”), Qabil Həzizadə (“Sumqayıt”), Rəvan Rüstəmov (“Sabah”), Ayxan Əliyev (“Sabah”), Zeyd Çodarov (“Qarabağ”), Sənan Zeynallı (“Qarabağ”), Rasim Əliyev (“Ulduz FA”), Amal Şıxkərimzadə (“Sabah”), Kənan Səfiyev (“Ulduz FA”), Kamil Bədirxanlı (“Qarabağ”), Muhəmməd Hümbətzadə (“Ulduz FA”), Ayxan Rüstəmli (“Ulduz FA”), Hüseyn Novruzlu (“EFA”), Nihat Bəylərli (“Ulduz FA”), Zəfər İbrahim (“Qarabağ”), Cəbrayıl Əkbərov (“Ulduz FA”), Cavid Allahverdi (“Qəbələ”), İmran Seyidbalayev (“Sumqayıt”), Yusif Ağayev (“Sabah”), Onur Əmirzadə (“Neftçi”).
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
Portuqaliya millisindən ayrıldılar
“Xankəndi” tarixi oyuna hazırlaşır - Müsahibə
Lukaku milli karyerasını başa vurdu
Yassin Benzia bu kluba keçdi
Yamal onu təhqir etdi
İspaniyanın məğlubiyyətsizliyinə son qoyuldu