"Zirə"nin futbolçusu 100-ə çatdı

"Zirə"nin futbolçusu 100-ə çatdı
ÖLKƏ FUTBOLU 19 Oktyabr 2026 / 11:28 183
-  A +

Misli Premyer Liqasının 8-ci turu Elçin Əlicanov üçün əlamətdar olub.

QOL.az xəbər verir ki, bu haqda PFL-in saytı məlumat yayıb.

“Zirə”nin müdafiəçisi turnirdə 100-cü oyununu keçirib. O, “Kəpəz”lə səfər matçında (1:1) meydana çıxıb. 27 yaşlı futbolçunun hesabında 3 qol var.

Elçinin debütü 2022/23 mövsümündə “Kəpəz”in heyətində gerçəkləşib. O, Gəncə klubunda 68 qarşılaşmada 2 qola imza atıb. Əlicanov “Zirə”də 32 oyunda 1 dəfə fərqlənib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner