UEFA-nın rəsmi saytı Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək “Sabah” – “Borussiya” (Dortmund) matçı ilə bağlı maraqlı statistik məlumatlar yayımlayıb.
QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisinin turnirdəki uğurlu çıxışı və Dortmund klubunun statistik göstəriciləri diqqətə çatdırılıb.
Çempionlar Liqasında ilk qələbəsini 2-ci turda Praqa “Slaviya”sı üzərində 2:0 hesabı ilə qazanan “Sabah” bu dəfə 1997-ci ilin qalibi Dortmund “Borussiya”sını qəbul edəcək.
"Qarabağ", "Qəbələ"...
“Sabah” və “Borussiya” indiyədək qarşılaşmayıblar. Bu, həm də Bakı klubunun Almaniya təmsilçisi ilə ilk oyunu olacaq. Dortmund klubu isə Azərbaycan komandalarına qarşı keçirdiyi 4 matçın hamısında qalib gəlib. Almaniya təmsilçisi həmin görüşlərdə 12 qol vurub, cəmi 1 top buraxıb.
“Borussiya” 2010/11 mövsümündə Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ı evdə 4:0, səfərdə 1:0 hesabı ilə məğlub edib. 2015/16 mövsümündə isə eyni turnirin qrup mərhələsində “Qəbələ”yə səfərdə 3:1, evdə 4:0 hesabı ilə qalib gəlib.

“Sabah”ın Çempionlar Liqasındakı göstəriciləri
“Sabah” bu mövsümə qədər Çempionlar Liqasında iştirak etməmişdi. Ümumilikdə isə klub tarixində dördüncü dəfə avrokuboklarda mübarizə aparır. Bakı təmsilçisi ilk dəfə 2023/24 mövsümündə Konfrans Liqasında çıxış edib. Həmin mövsümdə və sonrakı iki avrokubok mövsümündə mübarizəni turnirin 3-cü təsnifat mərhələsində dayandırıb.
“Sabah” cari mövsüm Çempionlar Liqasında keçirdiyi 5 ev oyununun hamısında qalib gəlib. Komanda bu görüşlərdə 14 qol vurub, cəmi 2 top buraxıb.Azərbaycan təmsilçisi turnirdə ümumilikdə 10 oyun keçirib, 7 qələbə qazanıb və 3 dəfə məğlub olub. Beş qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
“Sabah” Çempionlar Liqasına 1-ci təsnifat mərhələsindən başlayıb və ardıcıl olaraq Uelsin “Nyu Seynts” (ümumi hesab 4:1), Finlandiyanın KuPS (3:0), Danimarkanın “Orhus” (5:2) və İsrailin “Hapoel Beer-Şeva” (6:4) komandalarını mübarizədən kənarlaşdırıb.
Maraqlıdır ki, “Sabah”ın UEFA turnirlərində keçirdiyi 24 oyunun heç biri 0:0 hesabı ilə başa çatmayıb.

“Borussiya”nın göstəriciləri
Dortmund təmsilçisi ardıcıl 11-ci mövsümdür Çempionlar Liqasının qrup və ya Liqa mərhələsində iştirak edir. “Borussiya” ötən mövsüm Liqa mərhələsini 17-ci pillədə başa vurub. Almaniya klubu 8 oyunda 3 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətlə üzləşib. Pley-offda isə İtaliyanın “Atalanta” komandasına iki oyunun nəticəsinə görə 3:4 hesabı ilə uduzub.
Cari mövsümün 2-ci turunda Norveçin “Budyo-Qlimt” klubuna səfərdə 0:1 hesabı ilə məğlub olan Dortmund təmsilçisi Çempionlar Liqasında ardıcıl dördüncü səfər məğlubiyyətini alıb. Bununla da klubun antirekordu təkrarlanıb.
“Borussiya”nın Çempionlar Liqasında keçirdiyi son 57 səfər oyununun heç biri qolsuz başa çatmayıb. Sonuncu belə nəticə 2012/13 mövsümündə “Malaqa” ilə 1/4 finalın ilk matçında (0:0) qeydə alınıb.
Ad günləri oyun gününı təsadüf edir
“Sabah”ın futbolçusu Rəhman Daşdəmirov matç günü 27 yaşını tamamlayacaq. “Borussiya”nın yarımmüdafiəçisi Karni Çukvuemeka isə həmin gün 23 yaşını qeyd edəcək.
Dortmund klubunun hücumçusu Seru Girassi düz 6 il əvvəl – 2020-ci il oktyabrın 20-də Çempionlar Liqasında debüt edib. O, “Renn”in “Krasnodar”la 1:1 hesablı heç-heçə etdiyi qarşılaşmada penaltidən fərqlənib.
Qeyd edək ki, “Sabah” – “Borussiya” görüşü oktyabrın 20-də Bakıda keçiriləcək və yerli vaxtla saat 20:45-də başlanacaq.
Səfərdə 700-cü qol
Şirvanda futbol günü
Zamiq Əliyevin klubundan inamlı qələbə
“Real” Joze Mourinyoya əvəzləyici axtarır
Anatoli Nuriyevin komandası xal itirdi
Çempionlar Liqası matçını buraxacaqlar
"Yüksək yerlər uğrunda oynasaq..." - Azər Məmmədov
"Kəpəz" - "Zirə" matçından - Video
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
“Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
“Barselona”nın hazırlıq planı pozuldu
“Borussiya”nın futbolçusu sıradan çıxdı
"İmişli" "Turan Tovuz"u belə məğlub etdi - Video
AFFA Region Liqasının püşkü atıldı
2-ci liqada 8-ci tura start verildi
“Rəhbərliklə bunu müzakirə etməmişəm” - "İmişli"nin məşqçisi
“Hər dəfə qol vurmaq mümkün olmur” - Kurban Berdıyev
“Kəpəz” - “Zirə” matçının heyətləri açıqlandı
“Napoli”də 20 ilin antirekordu
Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal
Misli Premyer Liqasında 12 oyunun saatı açıqlandı
Messi həmin Messidir - Video
"İmişli" - "Turan Tovuz": Heyətlər
“Barselona”ya fırtına əngəli
“Qarabağ” çempion olmaq istəyir” - Savo
"Sabah" - "Borussiya" matçının hakimləri açıqlandı
Emilianonun çənəsi qırılıb - Şəkil
"Fənərbaxça"nın böyükhesablı qələbəsi - Video
"Barselona" və "Atletiko" qalib gəldi