PSJ ilə oyunu buraxacaqlar

PSJ ilə oyunu buraxacaqlar
DÜNYA FUTBOLU 19 Oktyabr 2026 / 15:14 435
-  A +

“Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda PSJ ilə keçirəcəyi matç üçün iştirak ərizəsini açıqlayıb.

QOL.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmi saytında dərc olunan siyahıya əsasən, müdafiəçilər Erik Qarsiya, Jül Kunde, Andreas Kristensen və hücumçu Runi Bardji qarşılaşmada iştirak etməyəcəklər.

PSJ ilə “Barselona” arasında görüş oktyabrın 20-də Parisdəki “Park de Prens” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Əsas mərhələnin ilk iki turundan sonra hər iki komandanın 6 xalı var. PSJ turnir cədvəlində birinci, “Barselona” isə ikinci pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner