"Turan" voleybol klubu ÇL-də ilk oyuna çıxır

"Turan" voleybol klubu ÇL-də ilk oyuna çıxır
VOLEYBOL 20 Oktyabr 2026 / 11:08 406
-  A +

Qadınlardan ibarət "Turan" voleybol klubu bu gün CEV Çempionlar Liqasında ilk matçına çıxacaq.

QOL.az xəbər verir ki, Tovuz təmsilçisi turnirin 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Mladost" klubu ilə üz-üzə gələcək.

Tovuz Olimpiya İdman Kompleksində keçirilləcək qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, "Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.


Qarabağ FK
Son xəbərlər
19.10.26  10:30

Səfərdə 700-cü qol

topaz banner