Misli Premyer Liqasının 8-ci turu "Qəbələ"nin futbolçusu Asif Məmmədovun meydana çıxması ilə əlamətdar olub.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Sabah”la ev matçının (0:4) 88-ci dəqiqəsində meydana daxil olan yarımmüdafiəçi mövsümdə ilk dəfə şans qazanıb. O, 40 yaş 73 günlüyündə meydana çıxıb.
Bununla da Premyer Liqada son 18 mövsümün rekordu qeydə alınıb. Asif bu dövrdə meydana çıxan ən yaşlı futbolçu olub.
Premyer Liqa tarixində daha yaşlı futbolçunun meydana çıxmasına sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub.
Sonuncu – XXVI turda “Qarabağ”la görüşdə “Karvan”ın qapıçısı Nadir Şükürov qol da buraxmayıb – 0:0. 2009-cu il mayın 17-də baş tutan qarşılaşmada qapıçı 42 yaş 82 günlüyündə matçı əvəzolunmadan keçirib.
Qeyd edək ki, Məmmədov bunadək Premyer Liqada son oyununu 2023/24 mövsümünün son trunda keçirib. O, 2024-cü il mayın 25-də “Sumqayıt”la səfər matçında (0:1) meydana çıxıb.
"Latsio"da yeni müqavilə
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi
Azərbaycan millisinin heyətində dəyişiklik
Almaniya millisinə çağırıldı
26 milyon avroluq maaşdan imtina etdi
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
“Mançester Yunayted”ə "hə" dedi