“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka

“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
ÇEMPİONLAR LİQASI 19 Oktyabr 2026 / 20:31 678
-  A +

“Sabah”ın müdafiəçisi Akim Zedadka UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda Bakıda Dortmund “Borussiya”sına qarşı keçirəcəkləri oyun barədə danışıb.

QOL.az xəbər verir ki, futbolçu matçdan əvvəl təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb:

"Bu, Çempionlar Liqası oyunudur və rəqibə qarşı öz futbolumuzu göstərmək istəyirik. Azarkeşlərimizin qarşısında əlimizdən gələni etməli və ən yaxşı oyunumuzu nümayiş etdirməliyik.

"Borussiya" (Dortmund) kimi güclü komanda ilə qarşılaşacağımızı yaxşı anlayırıq. Çempionlar Liqasında hər şey fərqlidir. Bununla yanaşı, yanaşmamız dəyişmir. Ən yaxşı futbolumuzu oynamalı və keyfiyyətimizi ortaya qoymalıyıq. Hər oyundan, xüsusilə də Çempionlar Liqası matçlarından zövq almaq istəyirik.

Bizi çətin qarşılaşmanın gözlədiyini bilirik. Hamımız sabahkı oyunu səbirsizliklə gözləyirik. Ümid edirəm ki, maraqlı qarşılaşmanın və gözəl futbolun şahidi olacağıq".

Qeyd edək ki, “Sabah” - “Borussiya” görüşü oktyabrın 20-də Bakıda keçiriləcək və yerli vaxtla saat 20:45-də başlanacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner