Ən çox qazanan futbolçular - Siyahı

Ən çox qazanan futbolçular - Siyahı
DÜNYA FUTBOLU 19 Oktyabr 2026 / 13:29 802
-  A +

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 2026/2027 mövsümündə dünyanın ən çox qazanan futbolçusu olacaq.

QOL.az xəbər verir ki, “Forbes” nəşri dünyanın ən çox gəlir əldə edən futbolçularının siyahısını hazırlayıb.

41 yaşlı portuqaliyalının ümumi gəliri 300 milyon dollar təşkil edəcək. Bu, siyahıda ikinci olan Lionel Messinin gözlənilən gəlirindən iki dəfədən çoxdur.

Hesablamalara futbolçuların klublarından aldıqları maaş və digər ödənişlər, eləcə də futboldan kənar gəlirləri daxildir. Ronaldonun “Əl-Nəsr”dən 250 milyon dollar, digər fəaliyyətlərindən isə 50 milyon dollar qazanacağı gözlənilir.

“İnter Mayami”nin hücumçusu Lionel Messi 145 milyon dollarla ikinci, “Real”ın forvardı Kilian Mbappe isə 100 milyon dollarla üçüncü yerdə qərarlaşıb.

“Forbes”in 2026/2027 mövsümü üçün dünyanın ən çox qazanan futbolçularının ilk onluğu belədir:

1. Kriştiano Ronaldo (“Əl-Nəsr”) – 300 milyon dollar (250 milyon klubdan, 50 milyon digər gəlirlərdən)

2. Lionel Messi (“İnter Mayami”) – 145 milyon dollar (70+75 milyon)

3. Kilian Mbappe (“Real”) – 100 milyon dollar (70+30 milyon)

4. Erlinq Haaland (“Mançester Siti”) – 85 milyon dollar (60+25 milyon)

5. Vinisius Junior (“Real”) – 76 milyon dollar (48+28 milyon)

6. Lamin Yamal (“Barselona”) – 55 milyon dollar (35+20 milyon)

7. Sadio Mane (“Əl-Nəsr”) – 54 milyon dollar (50+4 milyon)

8. Cud Bellingem (“Real”) – 45 milyon dollar (29+16 milyon)

9. Harri Keyn (“Bavariya”) – 42 milyon dollar (29+13 milyon)

10. Məhəmməd Salah (“Trabzonspor”) – 40 milyon dollar (20+20 milyon)


Qarabağ FK
Son xəbərlər
topaz banner