"Sabah"ı təbrik edirəm. Onlara uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol atmosferi var idi. Əvvəlki oyunlar daha bol qollu olmuşdu. Bu gün də yaxşı mübarizə oldu, sonluqlar çatmadı. Daha yaxşı oynamalıydıq, daha yaxşı oynaya bilərdik. Əfsuslar olsun ki, bunu bacarmadıq. "Sabah" qələbəyə layiq idi. Qarşıda sıx qrafikimiz var. Pozitiv notlarla irəliyə baxmalıyıq. Komandanın əvvəlki istəyini, oyun intizamını geri qaytarmalıyıq. Bəzi oyunçuların performansında çatışmazlıqlar var idi. Məşqlər pis getmir. "Sabah"a və bizə uğurlar arzulayıram".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 28-ci turunda "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra bildirib. Qurban Qurbanov matçı şərh edərkən Çempionlar Liqasındakı ağır qrafikin və psixoloji amillərin komandaya təsirindən də danışıb.
Baş məşqçi Kadi, Zubir və Kevin Medina kimi aparıcı futbolçuların meydanda tez-tez müvazinətini itirməsinə belə reaksiya verib:
"Onlara deməmişdim sürüşərsiniz (gülür). Bəlkə onlar olan yer sürüşkən idi. Daha möhkəm dayanmaq lazımdır".
Mütəxəssis intizam qaydalarını pozduqları üçün əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyev, Abbas Hüseynov və Sami Mmae barədə danışarkən klub prinsiplərinin vacibliyini vurğulayıb:
"Məşqçi olaraq yorulmağı düşünməli deyiləm. Bəli, bir az çatışmazlıqlar, gərginliklər var. Səbəb olaraq demək istəmirəm. ÇL-də yaxşı nəticələr oldu. Yenidən çempionata toparlana bilmədilər, öz tempimizi geri qaytara bilmədik. Burada bəzi səbəblər var. Sıx qrafik var. Sanki daha çox bir yerdə məşq etməyimizə ehtiyac var idi. Amma neçə ay idi 3-4 gündən bir oyuna çıxırdıq. Oyun keyfiyyətimiz əvvəlki kimi deyildi. Səbəb deyil, amma bizə mane olan tərəflərdən biridir. İllər boyu bu cür oynamışıq. "Sabah" daha aktivdir, kompleks olaraq daha hazırlıqlıdırlar. Çempionatda get-gedə hamı bir-birini tanıyır. Bir komandaya qarşı bir neçə oyun keçirdikdə, ona qarşı daha inamlı olursan. Çempionatda komandalar öz qabiliyyətlərini yaxşılaşdırırlar, biz çempionata istədiyimiz kimi hazır ola bilmədik. Sanki fikir ÇL-ə köklənmişdi. Hər iki cəbhədə öz oyunmuzu qoruyub-saxlaya bilmədik. Görünən odur ki, mən yox, kollektivdə psixoloji olaraq yorğunçuluq var. Normal haldır. Dünya təcrübəsində də var. Bir məşqçi olaraq gələcəyə pozitiv baxmalıyıq. Çatışmazlıqları aradan qaldırmalıyıq".
Q.Qurbanov "Elvin Cəfərquliyevi bağışlamaq olar?" sualını belə cavablandırıb:
"Hələ ki bilmirəm. Bu günə kimi bağışlaya-bağışlaya gəlmişik. Özümüz də bu yolu keçmişik, özümüz də futbolçu kimi səhv etmişik, cərimələnmişik. Bundan nəticə çıxarmışıq. Oyunçular ayrı-ayrılıqda bu cür rəqiblərə qarşı, bu cür yükün altına girməyi düşünmürlər ki, bizi qarşıda hansı vacib oyunlar gözləyir. Məğlubiyyətdən sonra sənin yaşam tərzin necədir? Çox detallar var. İlk hal deyil, bəzi oyunçuları cərimələmişik. Qarşıdakı gedişata baxacağıq. Çox futbolçunu bu günə qədər bağışlamışıq"
Baş məşqçi Elvin Cəfərquliyevin əvəzedici heyətə göndərilməsi və futbolçunun intizam məsələləri ilə bağlı verilən suala geniş şəkildə cavab verib. Təcrübəli mütəxəssis fərdi uğurların klub daxili nizam-intizamdan üstün olmadığını xüsusi vurğulayıb:
"Sevindirici tərəfi odur ki, nə var onu danışıb, onu deyib. İstənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını düşünməyim, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunu belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. Səbəb olaraq bunu ortaya atmıram. İnsanların müəyyən yaş vaxtı olur, onda futbolçu daha möhkəm, xarakterli olmalıdır. Elvin üçün orada oturma, burada otur, o çağırsın-bu çağırsın. ÇL-də turun oyunçusu oldu. Futbolçulara hər zaman deyirəm, bir oyun o demək deyil ki, missiyan tamamlandı. Bu, "Qarabağ" klubudur. 1-2 oyun udursan, bir xal sənə mane olur. O demək deyil ki, ÇL-də 3 oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanmağa gəldikdə, proses davam edir. Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar. Amma klubun adı "Qarabağ"dırsa, buna göz yuma bilmərik. Cəzalar klubdaxili bir şeydir. Futbol elə oyundur ki, burada stabil olmaq lazımdır. Futbolçularımın əziyyətini yerə vura bilmərəm. Daim özləri ilə də bu haqda danışmışam, iclaslarda bildirmişəm. Narahat olduğum nədir? ÇL-dəki uğurları düşünərək çempionatı belə yola verməli deyilik. Bu gün mən oyundan razı qalmadım. Uduzduğumuz əvvəlki matçdan razı qalmışdım. Bu günkü oyun üçün 4-5 məşq birlikdə etmişdik. Bəlkə oyunçularımı daha da hər tərəfli incələməliyəm".
Baş məşqçi həmçinin heyətdən ayrılan Sami Mmae barədə məlumat verib:
"Onu əvəzedici heyətə göndərmişdik. Klubu ilə razılığa gəliblər. Zaqrebə hələ qayıda bilməz. Razılığa gəldik ki, bizim əvəzedici heyətdə məşq etməyə də bilər. Qarşılıqlı imza atılıb ki, bir-birimizə etirazımız yoxdur".
Qurban Qurbanov "Sabah"la kubok oyunu barədə də fikirlərini bölüşüb:
"Hansısa dəyişikliklər böyük ehtimalla olacaq. Çox hazırlıqlı komandaya qarşı oynayacağıq. Nələrisə dəyişəcəyik. Sona qədər mübarizə aparacağıq".
Baş məşqçi "Qarabağ"ın çempionluğu əldən verməsi ilə bağlı azarkeşlərin reaksiyası ilə bağlı sualı belə cavablandırıb:
"Hansısa etirazı eşitmədim. Sosial şəbəkələrdə kimlər yazır bilinmir. Bizim azarkeşlərimiz xeyli saydadır, stadiona gələn və gəlməyən də var. Daim bizim yanımızda olan azarkeşlərimiz var. Mənə neqativ bir şey gəlib çatmayıb. Azarkeşlərimiz böyük təcrübəyə sahibdirlər. Onların baxış bucağı fərqlidir. Onlar bilirlər ki, 3-4 il uğur varsa, sonra hansısa dəyişiklik ola bilər. Etiraz varsa da, bu da normaldır. Hansısa fikir bildirmək niyyətində deyiləm. Hamısı özümüzünkülərdir".
Qurban Qurbanov ad günü ilə bağlı "Özünüzə nə arzu etdiniz?" sualına özünəməxsus təvazökarlıqla cavab verib:
"Doğum gününə görə özümə nəsə arzu etmirəm. Allahıma şükür etmişəm ki, dünyaya gəlmişəm, yaşayıram. Həmişə sağlamlıq arzulayıram".(sportal.az)
FTB Argentina Futbol Federasiyasının prezidentini saxladı
Kazemiro Messinin komanda yoldaşı oldu
“Neftçi” Bakıda 4 qol buraxıb uduzdu
"Mərhələ keçmək üçün ilk addımı sabah atmalıyıq"
"Qarabağ"a qarşı hücum futbolu sərgiləmək istəyirik"
Portuqaliya millisinin sabiq üzvü "Kəpəz"də
"Qarabağ"ı yaxşı təhlil etmişik" - SSKA-nın baş məşqçisi
"Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
Yamal: "Messi mənə dedi ki..."
Buskets "Barselona"ya qayıda bilər
"Neftçi" - "Dinamo": Heyətlər
“Qarabağ”da hər şey yaxşıya doğru gedir” - Qurban Qurbanov
"Kəpəz" ayrılığı açıqladı
"Mançester Siti" Fodenlə müqaviləni uzatdı
"Şəfa"dan 12-ci transfer
İtaliyada idman jurnalisti amansızlıqla qətlə yetirilib
"Neftçi" Varqasın transferini açıqladı
“Neftçi” və “Qarabağ”a görə metroda iş rejimi dəyişdi
Oçoa karyerasını başa vurdu
Güləş millimizin dünya çempionatı üçün heyəti açıqlandı
Tanınmış futbolçu ABŞ klubundan ayrıldı
"Milan"ın Modriç qərarı bilindi
"Neftçi"dən ayrılıb bu kluba keçdi
"Çelsi" belə geyinəcək - Şəkil
Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Liverpul" 17 yaşlı istedadı transfer etdi
"Fənərbaxça"nın qələbəsi - Video
"Çelsi" tarixinin ən bahalı transferini açıqladı
"Argentinanın bu performansla çempion olması ayıb olardı"
"Sabah"ın ÇL-də ardıcıl 3-cü qələbəsi - Video
Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirib
"Fənərbaxça"dan qələbə
Konfrans Liqasında 3 oyun
"Sabah"ın potensial rəqiblərinin oyununda 5 qol
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək