"Komandamı təbrik etmək istəyirəm. Xüsusilə də oyunçularımı. Çox güclü rəqibin meydançasında, avrokuboklarda qrup mərhələsində çıxış etmiş komandaya səfərdə qalib gəlmək çox çətin idi".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 28-ci turunda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bildirib. Mütəxəssis qələbəni belə şərh edib:
"Öz oyunçularıma böyük hörmətlə yanaşıram. Bilirdik ki, bizim üçün ağır oyun olacaq. Birinci hissədə daha çox istəkli olan, istədiklərini həyata keçirən tərəf biz idik. İkinci hissədə komandamın verdiyi reaksiya xoşuma gəldi. Hesabda öndə olmağa layiq tərəf biz idik. Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı. İkinci hissədəki oyun nümunəvi oyun idi. Hansısa akademiyalarda, hansısa məşqçi kurslarında göstəriləcək oyundur. Sabahdan etibarən bərpa məşqlərimizə başlayacağıq. Yarımfinalda eyni rəqiblə qarşılaşacağıq. Hər iki komandanın böyük istəyi var. Final təcrübəsi yaşamağı çox istəyirik".
- "Qarabağ" Avropada və yerli liqada rəqiblərin qapısı qarşısında çox sadə epizodlar yarada bilən komandadır. Bu gün hansı detalları yaxşı işlədiniz ki, onlar sizin qapınız qarşısında epizod yarada bilmədi?
- Detallar barədə danışsaq, çərşənbəyə qədər danışaram. Çox detallar var idi. Bu detalları icra etmək üçün mənə görə iki ən önəmli prinsip var. Bunlardan biri ürəyini meydanda qoymaqdır. Taktiki çox şey danışa bilərsən. Amma oyunçular qaçmayacaqlarsa, fokuslanmayacaqsa, oyuna köklənməyəcəklərsə, xeyri olmayacaq. İkincisi, formalarındakı adlarıdır. Bunun üçün oynamalıdırlar. Elə etməlidirlər ki, ailələri, övladları, hər kəs onlarla qürur duysun. Bu qrup futbolçuları məşq etdirməkdən məmnunam. 26-27 oyundur ki, uduzmuruq. Sizi bizim məşqlərə dəvət etsəm, görərsiniz ki, bəzən məşqlərdəki intensivlik, mübarizlik oyunlardakından da çox olur. Bu davranış belə qələbələrdə açardır. Hamısı mənim oyunçularımın əməyidir. Düzdür, "Qarabağ" ötürmələri verdikdən sonra cinahlarda ikiyə iki qaldıqda heç bir oyunçularımızı keçə bilmədilər.
- "Sabah"ın Çempionlar Liqasında üzərinə böyük yük düşəcək. Sizcə, komanda bunun öhdəsindən gələ biləcək?
- Hazırda bu barədə düşünmürük. Avropada necə olacaq, məsuliyyətimizin nə olacağı hazırda mənim üçün önəmli deyil. Heç bilmirik ki, hansı komandalarla düşəcəyik. Daha çox öz oyunlarımıza köklənirəm. Səhvlərimizi axtarıram. Biz çərşənbə günü çox yaxşı çıxış edib, finala yenə çıxmalıyıq.
- Mikelsin durumu necədir?
- Hazırda bilmirəm. Tibbi heyətlə bu barədə danışmalıyam. Ciddi zədəyə oxşayır. İndi onu xəstəxanaya aparırlar. Sonra bəlli olacaq.
- Dediniz ki, məşqlərimizə gəlsəniz, futbolçularımızın döyüşkənliyini görərsiniz. Təklif edirik ki, "Qarabağ"la oyundan öncə media və azarkeşlər üçün açıq məşq keçirəsiniz.
- Eşitdiyim ən yaxşı suallardan biri idi. Hazırda bizdə intensiv məşqlər olmayacaq. Çünki 2 bərpa məşqi keçəcəyik. Məndən asılı deyil, rəhbərliklə danışmaq olar. Niyə də olmasın? "Qarabağ"la oyundan öncə söz vermirəm. Digər oyunlardan qabaq danışmaq mümkündür.
- Sizə görə Abdulla Xaybullayev qəhrəmandır, yoxsa anti-qəhrəman?
- Bu sual da çox yaxşı sualdır. Bunu həmişə paltardəyişmə otağında da demişəm, o, bizim üçün çox önəmli oyunçudur. Abdulla məşqdə təkcə ürəyini yox, bədənin bütün hüceyrələrini verir. Çox yaxşı oynayır, çox səbirli oyunçudur. Ona ehtiyacımız olduğu vaxtda meydançada 100 yox, 110 faizini verəcək biridir. Hamıya deyirəm ki, hazır olsunlar, o fürsəti istifadə etsinlər. Bilirdik ki, Umarali bu gün oynamayacaq. Abdulla da bu fürsətdən yaxşı istifadə etdi. O, bizim üçün nümunəvi oyunçudur. İkinci hissədə bir balaca bizə zərər verdi, 10 nəfərlə qaldıq. Qırmızı vərəqələr, səhvlər futbolun bir parçasıdır. Amma heç vaxt oyunçularımızı günahlandırmırıq, çalışırıq ki, onların səhvlərini düzəldək, düzgün yolu onlara göstərək. Fikrimcə, Abdulla komandamızın önəmli oyunçusudur.(sportal.az)
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər
"Milan" "Sportinq"ə təklif göndərdi
"Real"dan ayrılacaq 8 futbolçu
Lempardın komandası Premyer Liqada
Qalmaqallı oyundan sonra nazirdən "Neftçi" paylaşımı - Şəkil
Alleqri və Poçettino...
“Neftçi”dən sərt reaksiya - Şəkil
Simeonenin böyük sərvəti - 180 mənzil, 7 villa
Renat sona kimi ehtiyatda qaldı
“İnter” çempionluğa bir addım da yaxınlaşdı
“Fənəbaxça” üçün son dəqiqə şoku - Video
Mahir ehtiyatda qaldı, komandası uduzdu
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı