"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, "Karvan-Yevlax" üçün hər matç finala bərabərdir və motivasiyaları çox yüksəkdir. Oyun əslində bizim nəzarətimizdə idi, dominantlıq edirdik, lakin qol vura bilmədik".
QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"ın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 28-ci turunda səfərdə "Karvan-Yevlax"la baş tutan matçdan (1:0) sonra bildirib. Mütəxəssis rəqibin əzmkarlığını qeyd etməklə yanaşı, komandasının problemlərindən də söz açıb:
"Bir çox oyunlar var ki, bu məqamlarda axsadıq və uduzduq. Bəlkə də futbolçuların ustalığı kifayət etmədi, üzərlərində daha çox işləməlidirlər. Buna baxmayaraq, isti havada 90 dəqiqə sona qədər vuruşmaq və hücum etmək müsbət göstəricidir. Turnir cədvəlində irəliləmək istəyirdik, amma bu dəfə alınmadı".
A.Abbasov iki fərqli hissə və hava şəraitinin oyuna təsiri barədə danışıb:
"Havanın isti olması tempin yüksəlməsinə imkan vermirdi. Rəqib də təbii olaraq oyunun sürətlənməsini istəmirdi. İkinci hissədə hücumameyilli oyunçuları meydana buraxaraq dəyişikliklər etdik, rəqibi təzyiq altında saxladıq, lakin bu da yetərli olmadı. Əslində, ilk hissədə də üç real qol vəziyyətimiz var idi, sadəcə dəyərləndirə bilmədik".
Baş məşqçi komandanın elitada qalmağı təmin etməsindən sonra yaranan "motivasiya azlığı" və öz gələcək taleyi ilə bağlı suallara da münasibət bildirib:
"Motivasiya baxımdan heç bir problemimiz yoxdur. Belə olsaydı, komanda 90-cı dəqiqəyə qədər vuruşmazdı. Futbolçular hər şeyi etdilər, xüsusən gənclərin yaxşı epizodları oldu. Məşqlərdə də yaxşıdırlar. İşin öhdəsindən gəliblərsə, stressiz oyunlar olacaq. Rəqib isə daha mübarizəli görünə bilərdi.
Mənim ayrılacağımla bağlı açıqlamalarıma gəlincə, bunun komandaya mənfi təsir etdiyinə inanmıram. Əksinə, mövsümün sonu yaxınlaşdığı üçün müqaviləsi bitən futbolçular özlərini daha yaxşı göstərməyə çalışmalıdırlar. Məğlub olanda çox suallar ortaya çıxır".
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər