16–19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.
QOL.az xəbər verir ki, qitə yarışında Azərbaycanı təmsil edəcək yekun heyət bəlli olub.
Mötəbər turnirdə 11 çəki dərəcəsində Azərbaycanın 15 cüdoçusu (9 kişi və 6 qadın) mübarizə aparacaq. İlkin heyətdə yer alan Ruslan Paşayev (-66 kq) zədələndiyi üçün yekun siyahıda onu Turan Bayramov əvəzləyib.
Avropa çempionatında idmançılarımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.
Qeyd edək ki, yarışda 46 ölkədən 404 cüdoçu (229 kişi və 175 qadın) 14 dəst medal uğrunda qüvvəsini sınayacaq.
Azərbacan millisinin heyətini təqdim edirik:
Kişilər
-60 kq
Balabəy Ağayev
Əhməd Yusifov
-66 kq
Turan Bayramov
-73 kq
Hidayət Heydərov
-81 kq
Zelim Tçkayev
Ömər Rəcəbli
-90 kq
Murad Fətiyev
-100 kq
Zelim Kotsoyev
+100 kq
Kənan Nəsibov
Qadınlar
-48 kq
Könül Əliyeva
Şəfəq Həmidova
-52 kq
Leyla Əliyeva
Gültac Məmmədəliyeva
-70 kq
Südabə Ağayeva
+78 kq
Madina Kaisinova
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov