“Beşiktaş”ın futbolçusu sıradan çıxdı

“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
DÜNYA FUTBOLU 7 Aprel 2026 / 21:15 979
-  A +

“Beşiktaş”ın futbolçusu Vilfred Ndidinin zədəsinin detalları açıqlanıb.

QOL.az xəbər verir ki, klubun məlumatına görə, “Fənərbaxça” ilə oyunda zədələnən yarımmüdafiəçinin budun arxa əzələsində gərilmə və qanama aşkarlanıb.

Bildirilir ki, Ndidi MRT müayinəsindən keçib və dərhal müalicəsinə başlanılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu zədə səbəbindən Superliqada qarşıdan gələn “Antalyaspor” və “Samsunspor”la matçları buraxacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
20.10.26  13:46

"Yuventus"da itki

topaz banner