"Liverpul" və "Çelsi" "Nottingem Forest"in mərkəz müdafiəçisi Murillo ilə yaxından maraqlanırlar.
QOL.az xəbər verir ki, "TeamTalk" nəşrinin yaydığı məlumata görə, hazırda "Çelsi" bu mübarizənin favoriti hesab olunur. London klubu son 12 ay ərzində futbolçunun oyununu hərtərəfli şəkildə izləyib. Müdafiə xəttini gücləndirmək üçün ötürmə qabiliyyəti yüksək olan etibarlı müdafiəçi axtaran "zadəganlar" üçün Murillo ideal seçim hesab edilir.
"Liverpul" da istedadlı braziliyalını heyətini gücləndirmək üçün ideal namizəd kimi nəzərdən keçirir. Xüsusilə Co Qomes və İbrahima Konatenin gələcəyi ilə bağlı qeyri-müəyyənlik, həmçinin Vircil van Daykın yaşının artması "mersisaydlılar"ı bu transferə sövq edir.
İki əsas namizədlə yanaşı, "Mançester Yunayted", "Arsenal" və "Tottenhem" də vəziyyəti yaxından izləyir. "Qırmızı şeytanlar" mərkəz müdafiəçiləri üçün nadir və dəyərli xüsusiyyət olan sol ayaq bacarığına görə Murillo ilə maraqlanırlar. Bununla yanaşı, "Bavariya"nın da futbolçu üçün böyük təklif hazırladığı və İngiltərə klublarına ciddi rəqib ola biləcəyi bildirilir.
Qeyd edək ki, braziliyalı müdafiəçi bu mövsüm bütün turnirlərdə 27 matça çıxıb və 2 qol vurub.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi