Kvaratsxeliyadan antirekord

Kvaratsxeliyadan  antirekord
DÜNYA FUTBOLU 18 Fevral 2026 / 12:09 846
-  A +

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasında antirekorda imza atıb.

QOL.az "Opta"ya istinadən xəbər verir ki, onun uğursuz göstəricisi "Monako" ilə pley-off matçında qeydə alınıb.

Gürcü futbolçu oyunda 8 dəfə zərbə endirdiyi qapını düzgün nişan ala bilməyib. Bu, UEFA Çempionlar Liqası tarixində antirekord sayılır. 

Xatırladaq ki, görüşdə PSJ “Monako”nu səfərdə 3:2 hesabı ilə məğlub edib. Cavab oyunu fevralın 25-də  "Park de Prens"də keçiriləcək.


Son xəbərlər
topaz banner